Mədəniyyət və turizm naziri Şəmkir şəhərində vətəndaşları qəbul edəcək -

Mədəniyyət və turizm naziri Şəmkir şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ilin may ayının 30-da saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 5) Gəncə şəhər, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcəkdir.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon)mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.
1. Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi - Sənan Hacıyev, (0-222) 266-29-48,(050) 264-11-88
2. Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsi - Əsgər Ələsgərov, (0-2230) 5-32-46, (050) 526-11-40
3. Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsi - Gülgün Kərimov, (0-2222) 5-14-95, (050) 365-90-40
4. Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsi - Ramiz Məmmədov, (0-2232) 6-00-12, (050) 209-89-87
5. Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi - Valeh Vəliyev, (0-2229) 5-16-71, (050) 342-62-39
6. Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsi - Aydın Qasımov, (0-2231) 5-35-44, (050) 671-50-30
7. Kəlbəcər Rayon Mədəniyyət və Turizm Şöbəsi - Hacı Əmrahov,(0-222) 67-50-16, (050) 441-84-82. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !