PAŞA Bank və Junior Achievement Azərbaycan təşkilatı - gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilən proqramın yekun mərhələsini keçirirlər(YENİLƏNDİ)

PAŞA Bank və Junior Achievement Azərbaycan təşkilatı gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilən proqramın yekun mərhələsini keçirirlər(YENİLƏNDİ)

 

 

 29 May 2014-cü il, “Fairmont Hotel”, “Junior Ballroom” zalı, saat 14.00 – PAŞA Bank və Junior Achievement Azərbaycan təşkilatı “Davamlı Müəssisənin İnkişaf Proqramı”nın yekun mərhələsinə həsr olunmuş tədbir keçirirlər. Proqram daxilində Gəncə və Zaqatala şəhərlərində yaşayan gənclər kiçik və orta müəssisələr yaradaraq, müvafiq biznes təlimləri, əlverişli mühit və imkanların toplanması vasitəsilə onların səmərəliliyini təkmilləşdirmişlər.

2013-cü ilin oktyabr ayında başlayan proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və bu fəaliyyətlə məşğul olan 60 gənc iştirakçı qatılmışdır. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanırdı. Junior Achievement Azərbaycan təşkilatı proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, işgüzar etika, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi iqtisadi görüşlər təşkil etmişdir. Bununla yanaşı, gənclərin sahibkarlıq qabiliyyətinin formalaşdırması məqsədilə proqram daxilində aylıq ictimai-iqtisadi maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

Junior Achievement Azərbaycan təşkilatı biznes məsləhətçilərin köməkliyi ilə proqram iştirakçılarına biznes planın tərtibatından real sahibkarlıq mühitinə qatılmalarına yardım göstərmişdir. Biznes görüşləri zamanı proqram iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edir, məhsullarının satışı və çatdırılma yollarını araşdırır, istehlak bazarının tələblərini öyrənir və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq etmişdirlər.

Tədbir zamanı gənc sahibkarlar öz müəssisələrini təqdim edib, onlara maliyyə müstəqilliyinə nail olmağa kömək edən əmtəə və xidmətləri təqdim edəcəklər. Biznes nümayəndələrindən ibarət olan münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, davamlılığı, yeniliyi və təqdimatçının çıxış etmə bacarığına əsaslanaraq qiymətləndirəcəklər.

Tədbirin sonunda qalib gəlmiş üç müəssisənin sahibi PAŞA Bank-dan pul mükafatı qazanacaq.

# # #


PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 207 əməkdaş çalışır. “Europe Banking Awards 2011” və “Europe Banking Awards 2012” çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur.
PAŞA Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Junior Achievement missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 119 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 26 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir.

Tədbirdən qısa FOTO-REPORTAJI təqdim edirik:

(   Daha keyfiyyəli və böyük ölçüdə fotoları əldə etmək üçün isə növbəti linkə daxil olun:

 http://azpress.no-ip.org/blog/index.php?newsid=11266  )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !