Gənclər təşkilatı Mingəçevirdə internat uşaqları ilə görüş keçirdi -

Gənclər təşkilatı Mingəçevirdə internat uşaqları ilə görüş keçirdi

"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi Mingəçevir şəhər tam orta internat məktəbində görüş keçirib. Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən "Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihə çərçivəsində baş tutan tədbirdə məktəbin şagirdləri, müəllimləri və layihənin ekspertləri iştirak edib. Əvvəlcə tədbiri layihənin eksperti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova açıb, layihə haqqında geniş məlumat verən N. İsmayılova şagirdlərlə səmimi söhbət aparıb, məktəbin müəllimlərinə və şagirdlərinə suallar ünvanlayıb. Daha sonra layihənin eksperti, gənc yazar Qurbanəli Ömər çıxış edib. İxtiasca tarixçi olan Q. Ömər uşaqlara tarixi şəxsiyyətlərin həyatlarından sitatlar gətirərək, uşaqlara həyatda aldıqları heç bir zərbəyə görə ruhdan düşməməyi tövsiyyə edib. Layihənin media və piar işi haqqında danışarkən isə O, vurğulayıb ki, bu gün bu istedadlı uşaqların geniş ictimaiyyətə çatdırılması üçün " Saf Həyat Naminə" Gənclər İctimai Birliyi bütün səylərini əsirgəmiyəcək. Daha sonra məktəbin müəllimləri danışıb, istedadlı şagirdlərin bir çoxu öz gələcək planlarından bəhs ediblər. Sonda fotoqraf xüsusi istedadı olan gəncləri və onların əl işlərini çəkib və layihə iştirakçılarına üzərinə "Hər birimiz bir Günəşin zərrəsiyik!” sözləri yazılan qısaqol köynəklər paylanılıb.
"Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasovanın verdiyi məlumata görə üsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan layihə çərçivəsində növbəti tədbir Bakı şəhərində yerləşən internat məktəblərindən birində keçiriləcək.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !