Yenidən bərpa edilmiş Bankir adaxlı tamaşasının premyerası olmuşdur - FOTO

Yenidən bərpa edilmiş “Bankir adaxlı” tamaşasının premyerası olmuşdur FOTO

Mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası keçirilmişdir.
AZpress xəbər verir ki, dördillik fasilədən sonra tamaşa yenidən bərpa edilmiş və bu iş Xalq Artisti Afaq Bəşirqızına həvalə olunmuşdur.
Tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun quruluşunda təqdim edilmişdir.
Tamaşasının ikinci bərpası həm quruluş, həm yaradıcı heyətin tərkibi, həm də rol bölgüsü ilə fərqlənmişdir.
“Bankir adaxlı” tamaşasının yeni yaradıcı heyətinin tərkibində xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, aktyorlardan Məhərrəm Qurbanov, Gültac Əlili, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Möylə Mirzəliyev, Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Şabanova, Elçin İmanov və Fərid Rzayev iştirak edirlər.
Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.

FOTOREPORTAJ: Rüstəm FARMAN 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !