Nağıllar Aləmi adlı fərdi kukla sərgisi - FOTO

“Nağıllar Aləmi” adlı fərdi kukla sərgisi FOTO

01 iyun 2014 tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatı dəstəyi ilə dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın “Nağıllar Aləmi” adlı fərdi kukla sərgisi Şəmkir şəhərində Zəka Gənclər Mərkəzinin Müasir İncəsənət Qalereyasında baş tutdu.Tədbirin açılışını rəssam Məhər Məhərrəmov sərgiyə gələn qonaqları salamlayaraq acıq elan etdi.Sərgidə Gəncə Dövlət Humanitar Kollecinin şöbə müdiri Nigar xanım Hüseynova uşaqları 1 iyun uşaqların müdafiə günü ilə təbrik etdi, Sona xanıma sənətində,yaradıcılığında öz tövsiyyələrini verib təbrik etdi.Daha sonra Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri rəssam Məhbubə xanım Həsənova çıxış edərək qonaqları salamladı gənclərə dekorativ tətbiqi sənət növünü milli dəyərlərimiz olan Nağılları bu cür gələcəkdə qoruyub saxlamalrını tövsiyə etdi.
Sərgidə Şəmkir şəhər 7 saylı uşaq bağçasının körpələri öz rəqsləri ilə və Zəka Gənclər Mərkəzinin rəsm və dekorativ tətbiqi sənət dərnəyinin tələbələri də öz rəqsləri və mahnı ifaları ilə öz müəllimələri Sona xanımı təbrik etdilər.
İyun ayının 10 na qədər davam edəcək sərgidə dekorativ sənət ustası Sona xanımın dekorativ tətbiqi sənət üslubu və bədii tikmə ilə hazırladığı “Tıq-Tıq xanım” , “Göyçək Fatma” , “Qoğal” , “Turp nağılı” , “Şəngülüm Şüngülüm Məngülüm” , “Məlikməmməd” və s. Qəhrəmanlarından ibarət kuklalar sərgilənmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !