Mingəçevir şəhərində törədilmiş qətl "isti izlər"lə açılmışdır -

Mingəçevir şəhərində törədilmiş qətl "isti izlər"lə açılmışdır

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Mingəçevir şəhərində törədilmiş qətlin "isti izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilmişdir.
Belə ki, iyunun 2-də Mingəçevir şəhər sakini Tural Quliyevin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.
Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Hacıqabul şəhər sakini Bəhram Dadaşov tutulmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, mayın 31-də axşam B.Dadaşov mobil telefon vasitəsi ilə tanış olduğu, özünü “Gülər” kimi təqdim edən T.Quliyevin evinə gəlmiş və gecə saat 03 radələrində münaqişə zəminində sonuncunu qətlə yetirmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !