Musiqli Teatrda Milli Qurtuluş Günü qeyd olundu - FOTO

Musiqli Teatrda Milli Qurtuluş Günü qeyd olundu FOTO

Bu gün Azərbaycan Dövlət Musiqli Teatrında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə yaradıcı kollektivin yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Dövlət Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqsmət Lalayev 15 iyun 1993-cü ilə söykənən Milli Qurtuluş Gününü milli şüurumuza yazılan şərəfli tarix olaraq dəyərləndirdi.
15 iyun tarixinin istər o dövr, istərsə də ölkənin gələcək ictimai-siyasi həyatı üçün əhəmiyyətini vurğulayan teatr rəhbəri, Heydər Əliyevin hakimiyyətə qayıdışı, siyasi fəaliyyəti, Azərbaycan xalqının imzasını dünya xalqlarının imzası içində tanınması istiqamətində misilsiz xidmətlər, həyata keçirdiyi quruculuq işləri və bilavasitə milli mədəniyyətimizin inkişafında göstərdiyi qayğını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Teatrın ədəbi hissə müdiri, Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair-publisist Telli Pənahqızı bu tarixi günlə əlaqədar məruzə ilə çıxış edərək bildirdi ki, bu bayram, onu dəyərləndirən, qədir-qiymətini dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, artıq “dünən” deyib tarixin bir küncünə qoyulan o çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrini öz gözləri ilə görən insanlar üçün 15 iyun əsl xilas günü, məmləkətimizin ölüm-dirim mübarizəsinin qələbə ilə möhrlənmiş yaşam kimliyidir.
Tədbirdə çıxış edən tanınmış səhnə ustaları, xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, gənc aktrisa Gültac Əlili ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas edən ulu öndərimizin Azərbaycan mədəniyyətinə, xüsusilə də teatr xadimlərinə diqqət və qayğısından danışdılar. Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün bünövrəsini qoyan “xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlıərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” - deyən Ümummilli liderin siyasi, iqtisadi və mədəni kursunu inamla davam və inkişaf etdirən dövlət başçısı İlham Əliyevin müasir dövrdə incəsənət müəssisələrinə diqqət və qayğısından söz açdılar.
Millət vəkili, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü Jalə Əliyeva Azərbaycan dövlətçiliyinin qorunmasında, inkişafında və dünyaya inteqrasiyasında əvəssiz rolu olan Heydər Əliyevin danılmaz zəhmətinin bəhrəsi kimi qiymətləndirilən Milli Qurtuluş Gününün dəyərini, xalqın tarixində mühüm rol oynadığını yığıncaq iştirakçılarının, xüsusilə də gənc nəslin diqqətinə çatdırdı.
Yığıncaqda bir daha qeyd olundu ki, Azərbaycan xalqı Milli liderimizin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafının sükanı arxasında dayanan ölkə başçısı İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkənin tərəqqisi naminə onun gördüyü işləri dəstəkləyir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !