Musiqili Teatrın bu mövsümdə son qastrolu -

Musiqili Teatrın bu mövsümdə son qastrolu

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə - Şirvana yola düşəcək. Belə ki, iyulun 2-si Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası nümayiş etdiriləcək.
Tamaşada əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, keçirilən qastrol səfərinin məqsədi, yay mövsümü ilə əlaqədar olaraq bölgə əhalisinin mədəni istirahətini təşkil etmək, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları ilə canlı təmas yaratmalarını yüksək səviyyədə təmin etməkdir.
Tamaşanın nümayişi saat 18:00-da olacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !