Şəmkir şəhərində Yay məktəbi təşkil olunur - FOTO

Şəmkir şəhərində “Yay məktəbi” təşkil olunur FOTO

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzi və AIESEC Azərbaycan təşkilatının birgə əməkdaşlığı çərçivəsində Şəmkir şəhərində “Yay məktəbi” təşkil olunur. 15-22 iyun 2014-cü il tarixlərini əhatə edəcək “Yay məktəbi”ndə 10-14, 15-18 yaşlarındakı gənclər iştirak edəcəklər. Qeyd edək ki, bu müddətdə iştirakçılara “Şəxsi inkişaf”, “Karyeranın idarə edilməsi və Peşəkar şəbəkələşmə”, “Təqdimat bacarıqları”, “Təşkilatın və komandanın idarə edilməsi”, “Liderlik bacarıqları”, “Ünsiyyət bacarıqları” istiqamətlərində xarici təlimçilər tərəfində təlimlər keçiriləcək. Bundan əlavə gənclər Biznes ingilis dili bacarıqlarını artıracaq, intellektual oyunlarda iştirak edəcək, Şəmkir şəhərində təşkil olunan tura qoşularaq şəhərin tarixi və görməli yerləri ilə yaxından tanış olacaq və təbiət qoynunda düşərgə salacaqlar.
Nəzərinizə çatdırırıq ki, təşkil olunan Yay məktəbinin açılış mərasimi 15 iyun tarixində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində keçiriləcək. Onu da qeyd edək ki, açılış mərasimində Zəka Gənclər Mərkəzinin və AIESEC Azərbaycan təşkliatının əməkdaşları, media nümayəndələri, Şəmkir rayon icra hakimiyyətinin nümayəndələri və Yay məktəbinin təlimçi və şagird heyyəti də iştirak edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !