Azerbaijan Art Festival – 2014 layihəsi çərçivəsində səkkizinci sərginin açılışı olmuşdur - FOTO

“Azerbaijan Art Festival – 2014” layihəsi çərçivəsində səkkizinci sərginin açılışı olmuşdur FOTO

18iyul 2014-cü il tarixdə Şəmkir şəhəri Zəka Gənclər Mərkəzinin Müasir İncəsənət qalereyasında Baku Creative Center-in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Nar Mobile-in baş sponsorluğu ilə “Azerbaijan Art Festival – 2014” layihəsi çərçivəsində səkkizinci sərginin açılışı olmuşdur. Açılışda İcra Hakimiyyətinin Humanitar işlər üzrə müavini Sona Əliyeva, Mədəniyyət və Turizm İdarəsinin müdiri Əsgər Ələsgərov, Müasir İncəsənət Qalereyasının rəhbəri-rəssam Məhər Məhərrəmov çıxış edərək Şəmkirdə qonaqları salamlayıb, sərginin təşkilini yüksək qiymətləndirib təşkilatçılara minnətdarlığını bildirdilər.Layihənin PR-meneceri Məhbarə Abbasova şəhər içtimaiyyətinə “Azerbaijan Art Festival 2014” haqqında ətraflı məlumat veridi.Sərgidə eyni zamanda Şəmkir şəhər Gənclər və İdman idarəsinin nümayəndələri iştirak etmişlər. Gənc heykəltaraş Fərəc Rəhmanovustad dərsi keçirdi.
Ekspozisiyada Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli, Mehriban Şamsadinskaya və s. rəssamların əsərləri nümayiş edilir.
Qeyd ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Nar Mobile-in baş sponsorluğu ilə 1- 30 iyul tarixlərində keçiriləcək turnedə ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkaran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları yer alıb. Yuxarıda adları çəkilən regionlarda sərgilər və rəssamlar tərəfindən ustad dərslər keçiriləcək.



 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !