Xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət - bədii-qiraət müsabiqəsinin ikinci turunun nəticələri ( YENİLƏNDİ-2 )

Xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət bədii-qiraət müsabiqəsinin ikinci turunun nəticələri ( YENİLƏNDİ-2 )

DİQQƏT:

Tedbirə aid olan ViDEO materiallar bir nece günə təqdim olunacaq...

BİZİ  İZLƏYİN...

 

 

 Xeyriyyəçi –şair Gülağa Tənhanın şeirlərindən ibarət bədii – qiraət müsabiqəsinin ikinci turunun nəticələri açıqlanmışdır.
İnkişaf etməkdə olan Azərbaycanımızın layiqli vətəndaşlarının yetişdirilməsi, müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafını təmin etdirilməsi yolunda bir sıra mühüm addımlar atılması davam etdirilməkdədir. Bu məqsədlə bir çox proqramlar,layihələr,tədbirlər,görüşlər və s. həyata keçirilir. Cəmiyyətin ,demək olar ki, hər sahəsini əhatə edən yeniliklər gənclərimizin bacarıq və qabiliyyətini, istedadlını üzə çıxarmağa ,onların gələcəkdə cəmiyyətdə özünə yer tutmasına imkan yaradır. Bildiyimiz kimi artıq xeyli müddətdir ki, AZpress.AZ xəbər saytının mətbuat dəstəyi ilə xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət bədii-qiraət müsabiqəsi davam etdirilməkdədir. Dəqiqlik üçün bildirək ki, müsabiqənin 1-ci turu martın 2-də yekunlaşmışdır. Mart ayının sonundan isə 2-ci tura müraciətlər başlanmışdır. Bədii- qiraət müsabiqəsinin keçirilməsi yeniyetmə və gənclərin doğma dilimizə, ədəbiyyatımıza , poeziyamıza daha dərindən yiyələnmək, onu sevmək və sevdirmək ,dəyərləndirmək,qorumaq, onu təbliğ etmək və bu sahədə istedadı, qabiliyyəti olan gəncləri üzə çıxarmaqla yanaşı,həm də onlara dəstək olmaq məqsədi güdür. Münsiflər heyəti təqdim olunan test-video materialları əsasında müraciət edənlərdən on iki nəfəri müsabiqəyə dəvət etmişdir. May ayının 23-də paytaxtın möhtəşəm restoranlarından birində müsabiqənin final mərhələsi üçün ikinci seçim turu keçirilmişdir. Müsabiqədə 15-29 yaş arasında yeniyetmə və gənclərin iştirakı nəzərdə tutulmuşdur. Paytaxt gənclərindən əlavə Masallı,Ağcabədi və digər bölgələrdən də qatılanlar olmuşdur.Birinci turdan fərqli olaraq bu dəfəki yarışma daha çox və daha bacarıqlı iştirakçılarla yadda qalmışdır. Şərtlərə uyğun olaraq may ayının 16-na kimi 114 iddiaçı iştirak üçün müraciət etmişdir. Lakin onlardan yalnız 37 nəfəri test-video çəkilişlərinə gəldiklərindən ikinci turda iştirak edəcək namizədlər münsiflər tərəfindən bu şəxslər arasından seçilmişdir.Beləliklə, ikinci turda adları aşağıda çəkilən 12 nəfər iştirak hüququ qazanmışdır :
Elnurə Ağazadə
Elməddin Məmmədov
Azər Abdullayev
Salatın Səmədova
Günay Hüseynova
Leyla Həsənova
Rəşad İsimxanov
Pərvanə Rzayeva
Fəridə Məmmədova
Jalə Rəhimli
Adil Səfərov
Nuranə Tohidi
İştirakçılardan biri – Nuranə Tohidi xəbərdarlıq edildiyi halda, redaksiya ilə əlaqə saxlamadığına,müsabiqə günü isə söyləyəcəyi şeirə hazır olmadığını və kitabdan oxuyacağını bildirdiyinə , müsabiqənin şərtlərinə əməl etmədiyinə görə,müsabiqədə çıxış etmək hüququndan məhrum edilmişdir.İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq xeyriyyəçi –şair Gülağa Tənhanın vətənpərvərlik, məhəbbət və digər mövzularda qələmə aldığı şeir ,o cümlədən qəzəlləri ilə münsiflər heyətinin qarşısında çıxış etmiş, bədii-qiraət bacarıqlarını nümayiş etdirmişlər. Münsiflər heyəti aşağıdakı tərkibdə seçilmişdir :
1. Zahir Əmənov - “ Cənub Xəbərləri “ qəzetinin təsisçi redaktoru
2. Rasim Sadıxov – Azpress.Az xəbər saytının təsisçi redaktoru
3. Nadir Hüseynov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti.bədii-qiraət ustası
4. Könül Axundova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti
5. Zülfiyyə Eldarqızı – Sənətşünaslıq üzrə fəlsəfə doktoru,bədii – qiraət ustası
İştirakçıların çıxışlarından sonra münsiflər heyəti apardıqları qeydlərə əsasən çıxışlara öz münasibətlərini peşəkarcasına bildirmişlər. Təbii ki, bu münasibətdə iradlar daha geniş yer tutmuşdur.Qeyd etmək lazımdır ki, iştirakçılar çox aktual mövzulara müraciət etmişlər ki , bu da sevindirici bir haldır. Şairin “ De,məndən nə istəyirsən “, “ Necə yaşayır “, “ Bu sevgi ömrümə qəfildən gəldi “, “ Ömrümün məhəbbət fəsli”, “ Vaxt gəldi “ , “Əfqanıstan poeması “, “ Hardasan “ . “ Gördüm ki “ , o cümlədən, digər şeir və qəzəlləri müsabiqədə səslənmişdir. Bədii-qiraət müsabiqəsi gərgin rəqabət şəraitində keçmişdir. Dəyərli münsiflər heyəti də bu cəhəti qeyd etmiş,eyni zamanda iradlarla yanaşı, iştirakçılara məsləhətlər vermiş, onlara uğurlar arzulamışlar. Müsabiqənin gedişini izləyən tamaşaçılar iki iştirakçının – Elməddin Məmmədovun və Azər Abdullayevin ifalarını daha böyük maraqla dinləmişlər. Çıxışlara uyğun olaraq münsiflər heyəti tərəfindən obyektiv qiymətləndirilmə aparılmış ,1-ci ,2-ci və 3-cü yerin sahibləri qərara əsasən aşağıda adları qeyd olunan iştirakçılar təsdiq olunmuşdur :
1-ci yer- Pərvanə Rzayeva
2-ci yer - Gülnar Hüseynova və Leyla Həsənova ( duet )
3- cü yer - Azər Abdullayev
4- cü yer - Fəridə Məmmədova
5- ci yer - Elməddin Məmmədov
Müsabiqənin şərtlərinə uyğun olaraq bir nəfər 1-ci, iki nəfər 2-ci , iki nəfər isə
3-cü yerə görə pul və sertifikatla mükafatlandırılmışdır :
1-ci yer . Pərvanə Rzayeva – Sertifikat və 500 AZN
2-ci yer. Günay Hüseynova və Leyla Həsənova ( duet ) –Sertifikat və hərəsi 400 AZN
2-ci yer. Azər Abdullayev – Sertifikat və 400 AZN
3-cü ter. Fəridə Məmmədova – Sertifikat və 300 AZN
3- cü yer. Elməddin Məmmədov – Sertifikat və 300 AZN
Qeyd olunası vacib məqamlardan biri də budur ki, əvvəlcədən ilk beşliyə düşməyən iştirakçılar üçün heç bir mükafat nəzərdə tutulmasa da ,xeyriyyəçi –şair Gülağa Tənha bir daha öz alicənablığını nümayiş etdirərək ilk beşliyə düşməyən digər iştirakçıları da mükafatlandırmışdır :
1. Elnurə Ağazadə - Sertifikat və 100 AZN
2. Rəşad İsimxanov –Sertifikat və 100 AZN
3. Adil Səfərov - Sertifikat və 100 AZN
4. Salatın Səmədova - Sertifikat və 100 AZN
5. Jalə Rəhimli - Sertifikat və 100 AZN
Ümumiyyətlə, hər hansı bir müsabiqədə iştirak edəcək şəxs müsabiqə şərtlərini dəqiq bilməklə yanaşı,həm də ona dəqiq riayət də etməyi bacarmalıdır. Heç bir titul,heç bir ad iştirakçının qələbəsi,birinciliyi üçün əsas ola bilməz. Bədii-qiraət müsabiqəsində üstünlüyü,birinciliyi ancaq ona layiq olan tuta bilər. Müsabiqənin final mərhələsi üçün keçirilən 2 - ci seçim turunun nəticələrinə uyğun olaraq Pərvanə Rzayeva ( 1-ci yer ) , Günay Hüseynova,Leyla Həsənova ( duet, 2-ci yer ) və Azər Abdullayev ( 2-ci yer) finala vəsiqə qazana bilmişlər.
Münsiflər heyəti bir daha qeyd etmişdir ki, qiraət müsabiqələrinin demək olar ki, çox nadir hallarda keçirildiyi bir vaxtda xeyriyyəçi- şair Gülağa Tənhanın yüksək səviyyədə təşkil etdiyi bədii-qiraət müsabiqəsini mədəniyyətimizin inkişafına bir töhfə kimi qiymətləndirmək olar. Həqiqətən də, şairin keçirdiyi bədii- qiraət müsabiqəsini digər müsabiqələrdən fərqləndirən əsas cəhət iştirakçıların çıxışlarının yüksək məbləğdə pul ilə mükafatlandırılması və hətta bölgələrdən müsabiqəyə qatılmaq istəyən iştirakçıların mükafatdan əlavə olaraq yol xərcinin də ödənilməsidir. Ən nəhayət ,finalda 1-ci yeri qazanacaq qalibi xarici avtomobil gözləyir!
Xeyriyyəçi – şair Gülağa Tənhanın təhsil,mədəniyyət,incəsənət,idman, səhiyyə və digər sahələrdə gördüyü işləri saymaqla bitən deyildir. Nəcib, xeyirxah, mərhəmətli, vicdanlı bir insan kimi hörmət qazanmış Gülağa müəllim həmişə öz təvazökarlığı ilə fərqlənməyi bacarır. Müsabiqə iştirakçılarının ən müxtəlif mövzulara müraciət etməsi bir daha onun yaradıcılığının zənginliyinə, dərinliyinə dəlalət edir.Təsadüfi deyildir ki, incə hisslərə, ülvi duyğulara, dərin duyuma malik olan xeyriyyəçi - şairin
bir sıra şeirlərinə mahnılar da bəstələnmişdir. Vətəndən kənarda yaşayıb,fəaliyyət göstərsə də Vətəni Azərbaycana xidməti öz həyat amalı hesab edir :
Bu xalqın,millətin böyük oğlunun
Yoluyla gedirik – vətən daşıyıq.
Qurub- yaratdığı bir məmləkətin,
Vətənə can deyən vətəndaşıyıq!..
Vətəninə,torpağına bağlı olanı xalqı da sevir,dəyərləndirir.
Xatırladaq ki, müsabiqənin final üçün keçiriləcək 3-cü seçim turu sentyabr ayında baş tutacaqdır. Bu barədə daha ətraflı və yenilənən xəbərləri AZpress.AZ saytından izləyə bilərsiniz.

 

Daha yüksək keyfiyyədə fotoları əldə etmək üçün, aşağıda göstərilən lingə daxil olub, müvafiq ödəniş etməklə əldə etmək olar :

 

http://azpress.ddns.net/blog/index.php?newsid=11400

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !