Habil Yaşar: - Zibil yeşiyinin monoloqu...

Habil Yaşar: Zibil yeşiyinin monoloqu...

Salam...Necəsiniz? Mənəm zibil yeşiyi. Hər zaman mənə ehtiyac duyduğunuz zibil yeşiyi. Bir dəfə sizinlə azacıq da olsa ilk dəfə söhbət eləmək istədim. Təbii əgər mənə zaman ayırıb dinləsəniz şad olaram. Bu başdan mənə zaman ayırıb dinləyənlərə öz dərin minnətdarlığımı bildiriəm. 
Bilirəm mənim adımı eşidəndə belə ətiniz ürpəşir, burnunuzu tutursunuz, o ki, qala yanımdan keçəsiniz. Axı adım üstümdədi zibil yeşiyi. Öz artıqlarınızı mənə atmaqla təmizləndiyinizi sanırsınız. Siz ancaq xarici təmizliyə fikir verənlərsiniz. Daxili təmizlikdən isə ancaq sizə sərf edən zamanlarda danışır və bu danışıqlarınızla bir növ özünüzü ifşa edirsiniz. Heç kəs öz ayranınn turş olduğunu deməz və siz ayranınızın turş olduğunu bilə-bilə onu tərifləməklə məşğulsunuz. Mənə, mən zibil yeşiyinə isə rişxəndlə yanaşırsınız. İndi sizə bəzi həqiqətləri deyəcəyəm.
Etiraf edin ki, mən zibil yeşiyi olsam da hər gün, bəzən hər gün olmasa da bir neçə gündən bir təmizlənirəm. Mənə daxil olan zir-zibili məhz siz özünüz təmizləyirsiniz. Çünki, xaricən bayaq qeyd etdiyim kimi çox eybəcər görünür, üfunət iyi verirəm. Hər halda mənim daxili dünyam ümumiyyətlə yoxdur. Çünki, mən sizlə kimi nə ürəyə, nə ruha sahibəm. Mən sadəcə xarici görünüşcə varam və mənim xaricim mənim haqqımda fikir yürütməyə kifayət edir.Ancaq yenə qeyd edirəm mən hər halda xarici cəhətdən təmizlənirəm, çünki, vurğuladığım kimi mənim daxili dünyam yoxdur və daxili dünyamı təmizləmək mənə düşməz.
Bəs sizlər necə? Bəli bəs sizlər? Sizlər həm xarici, həm də daxili dünyaya sahibsiniz. Xaricən çox gözəl, heyrətamiz görünə bilərsiniz və sizin gözqamaşdıran gözəlliyiniz heç də daxilinizin də bu dərəcədə gözəl olması anlamına dəlalət etməz. Çoxlarınız elə düşünürsünüz ki, sadəcə dini ayinlərə əməl etməklə nicat tapacaq və xariciniz kimi daxilinizin də təmiz olduğuna bəraət qazandıracaqsınız. Ancaq burada da yanıldılğınızın fərqində deyilsiniz. Çünki, çoxlarınız bunu sırf Allah rizaı üçün yox, dost-tanışlar, ictimai həyatda nüfuz qazanmaq üçün edirsiniz. Deməli, o qədər də təmiz deyilsiniz. Əgər vicdanla özünüzü mühakimə etsəniz dediklərimin yalnış olmadığını görəcəksiniz. Sizlərə bunu demək də məqsədim bu o demək deyil ki, siz hamınız beləsiniz, sadəcə sizlərdən çox azınız bu iki dünyanın gözəlliklərinə sahib ola bilərsiniz. Diqqətlə fikir versəniz bütün uğurların kökündə daxilən təmiz, səmimi insanları görəcəksiniz. Məndən inciməyin, mən sadəcə olanları dedim, gerisi sizə qalmış. Sonda fikrimi bu sözlərlə tamamlayıram.

Daxilinizi təmizləməyin zamanı gəlmədimi???


Habil Yaşar
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !