Azərbaycanın fövqəladə hallara hazırlığı sahəsində milli imkanların artırılmasına NATO-nun dəstəyi mövzusunda dəyirmi masa -

“Azərbaycanın fövqəladə hallara hazırlığı sahəsində milli imkanların artırılmasına NATO-nun dəstəyi” mövzusunda dəyirmi masa

NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şəmkir şəhərində 29 sentyabr 2014-cü il tarixində “Azərbaycanın fövqəladə hallara hazırlığı sahəsində milli imkanların artırılmasına NATO-nun dəstəyi” mövzusunda dəyirmi masa tədbiri həyata keçirilmişdir.
Mövzu ilə bağlı çıxış edən tədbirin məruzəçisi Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Ziya Hacılı, Nazirliyin yaradıldığı gündən etibarən fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə xarici ölkələrin müvafiq dövlət qurumları ilə, o cümlədən bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə NATO təşkilatı arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrdən əldə edilmiş faydalar və perspektivlər barəsində görüş iştirakçılarını məlumatlandırmış və bu mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ötən dövr ərzində görülmüş işlərindən bəhs edən video təqdimat da görüş iştirakçılaırına nümayiş etdirilmişdir.
NATO-nun İctimai Diplomatiya Bölməsinin maliyyə dəstəyi ilə Şəmkir şəhərində həyata keçirilən bu tədbir nəticəsində 60 nəfər ictimaiyyət nümayəndəsi, xüsusilə gənclər NATO-Azərbaycan tərəfdaşlığı, həmçinin bu tərəfdaşlığın əhəmiyyəti və perspektivləri barəsində mühüm məlumatlar əldə etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !