Yeni mövsümün ilk premyerası - Qızıl toy - FOTO

Yeni mövsümün ilk premyerası - “Qızıl toy” FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasının premyerası oldu. Teatrın 105-ci mövsümünün ilk premyerası olan bu əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya resjissor Yusif Əkbərov quruluş verib.
Rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlardan Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Gülnarə Əzizova (Zuzu), Yuliya Heydərova (Əcnəbi qız), Elməddin Dadaşov (Şoumen), Svetlana Bulax (Turist qadın), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elnur Zeynalov (turist oğlanlar) iştirak edirlər.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !