Energetika sahəsində mövcud olan standartların tətbiqi və təşviqi üzrə Forum keçiriləcək -

Energetika sahəsində mövcud olan standartların tətbiqi və təşviqi üzrə Forum keçiriləcək

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə cari ilin 13-14 noyabr tarixlərində Bakı şəhərində enerji Forumu keçiriləcək.
Forumun əsas mövzusu sistemli idarəetmə əsasında şirkətin davamlı inkişaf etdirilməsi, neft-qaz sahəsində çalışan təşkilatlarda beynəlxalq standartlar əsasında idarəetmə sistemlərinin tətbiqi, inteqrasiyası və işləmə təcrübəsidir. Tədbirin əsas iştirakçıları Azərbaycan, Rusiya və Qazaxıstanın yanacaq-enerji kompleksi müəssisələridir.
Forumun məqsədi yanacaq - enerji kompleksində maraqlı olan müəssisələrin ekspert birliklərinin gücləndirilməsi vasitəsilə effektivliyin artırılması, təhlükəsiz və davamlı inkişafın təmin olunması istiqamətində etibarlı idarəetmə sisteminin yaradılmasıdır.
Forum zamanı sessiya şəklində “İdarəetmə sistemində beynəlxalq standartların inkişaf etdirilməsi”, “Gələcəyə baxış”, “Dəyirmi masa”, “İnteqrasiya olunmuş idarəetmə sistemlərinin tətbiqi təcrübəsi”, “İşçi münasibətlər birjası” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !