Dövlət Musiqili Teatrının artisti Avropa Çempionatına qatılacaq -

Dövlət Musiqili Teatrının artisti Avropa Çempionatına qatılacaq

Azərbaycan Dövlət Musiqili Teatrının orkestr artisti Fərhad Hüseynov 5-15 oktyabr tarixləri arasında Estoniyanın Tallinn şəhərində keçiriləcək dama üzrə Avropa Çempionatında iştirak edəcək.
Məlumat üçün deyək ki, Fərhad Hüseynov üç ildir ki, Dövlət Musiqili Teatrının heyətində klarnet ifaçısı olaraq çalışır və teatrın repertuarında gedən bir çox tamaşalarda məşğuldur.
İdman həyatına isə Fərhad 20 il öncə, 12 yaşında atılıb. Bu illər ərzində həm yerli, həm də beynəlxalq miqyasda uğurlara imza atıb. İlk qələbəsini 1996-cı ildə, 14 yaşında Bakıda keçirilən Dama (şaşki) üzrə Azərbaycan çempionatında qazanıb. Bundan başqa, Fərhad Hüseynov Polşa, İngiltərə, Fransa, Sloveniya, Çexiya, Çin, Almaniya, Ukrayna, Monqolustan, Rusiya, Niderland və digər ölkələrdə birincilik qazanıb.
Fərhad Hüseynov səfər öncəsi düşüncələrini bölüşüb: “Bu yarış, 2015-ci ildə keçiriləcək Beynəlxalq dama üzrə Dünya Çempionatının Avropa seçmə mərhələsidir. Yeddiliyə düşmək və Dünya Çempionatına vəsiqə qazanmaq üçün bütün gücümü səfərbər edəcəyəm. Vətənə uğurla qayıdacağıma ümid edirəm”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !