Musiqili Teatrın səhnəsində O olmasın, bu olsun –un premyerası göstəriləcək -

Musiqili Teatrın səhnəsində “O olmasın, bu olsun” –un premyerası göstəriləcək

Dahi Üzeyir bəy Hacibəylinin “O olmasın, bu olsun” operettası yazıldığı gündən bəri dünyanın bir çox teatrlarında, fərqli rejissorların təfsirində, fərqli aktyorların ifasında tamaşaya hazırlanıb və illər ötdükcə, zaman keçdikcə, nəsillər dəyişdikcə onun aktuallığı azalmayib, musiqisi dəbdən düşməyib, hər zaman zirvədəki əbədi yerini qoruyub saxlamağa müvəffəq olub. Azərbaycanda Musiqili Teatrın inkişafında və formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsər 1911-ci il aprelin 25-dən bu günədək səhnədədir və ölməz bəstəkarın ecazkar musiqisi 21-ci yüzillikdə də tamaşaçıları yenə də öz sehrində, cazibəsində saxlamaqdadır.
Xalq Artisti Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbad rolunu xalq artisti Hacıbaba Bağırov ifa edib, 2008-ci ildə tamaşa yenidən bərpa olunanda, bu obrazı Ramiz Məmmədov oynayıb. Bu dəfə isə Məşədinin üç namizədi var: əmədar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov! Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını Gülnazı iki xanım ifaçı, əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edecəklər. Sənəm obrazının ifaçisi Xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Naidə Orucova, gənc aktrisa Gülnarə Abdullayeva. İntelligent Həsəni Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov, əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəmi, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasiyev, Səmədzadə Xasiyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar. Beləliklə oktyabr ayının 25-i saat 19-00 da Musiqili Teatrın səhnəsində Cənnət Səlimovanın yeni quruluşda “O olmasın, bu olsun” –un premyerası göstəriləcək.


Ağca Muxtarova
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !