Musiqili Teatrın aktrisası «Operetta və müzikl ulduzları» festivalında -

Musiqili Teatrın aktrisası «Operetta və müzikl ulduzları» festivalında

Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova yaxın günlərdə Qazaxıstan Respublikasının Karaqanda şəhərinə səfər edəcək. Bənzərsiz ifası ilə tamaşaçıları heyrətləndirən aparıcı solist 31 oktyabr-3 noyabr tarixlərində burada keçiriləcək «Operetta və müzikl ulduzları» IV Beynəlxalq Festivalında Azərbaycanı təmsil edəcək.
Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız-89» Respublika müsaqibəsinin, 1990-cu ildə isə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olmuşdur. 1991-ci ildə Almatı şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunmuşdur.
Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət günlərində iştirak etmiş, simfonik və kamera orkesterlərinin müşayəti ilə klassik və müasir əsərləri böyük ustalıqla ifa etmişdir.
2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərən aktrisa repertuarda olan «Talelər qovuşanda» tamaşasında Nərgiz, «Volqalı canan»da Mülayim, «Bir günlük siğə»də Mələk, «Aldın payını, çağır dayını»da Süsən, «O olmasın, bu olsun»da Gülnaz, «Qısqanc ürəklər»də Səbinə, «Milyonçunun dilənçi oğlu»da Bildirçin, «Arşın mal alan»da Gülçöhrə, «Xanuma»da Keto kimi obrazları özünəməxsuz ustalıqla oynamış, yaddaqalan obrazlar silsiləsi yaratmışdır.
Bu mötəbər yarışmada Nərgiz Kərimovaya uğurlar, qələbə sevinci arzulayırıq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !