Yarat Rəssamlar Studiyalarının açılış mərasimi -

Yarat Rəssamlar Studiyalarının açılış mərasimi

Sizi böyük məmnuniyyətlə 1 Noyabr 2014-cü il tarixində saat 12:00-dan 00:00-dək davam edəcək Yarat Rəssamlar Studiyalarının açılış mərasiminə dəvət edirik.
YARAT Studios 11 azərbaycanlı rəssamın bir arada çalışdığı, istirahət etdiyi və ideyalarını bölüşdüyü, işləri və yaradıcı enerjiləri ilə zəngin bir məkana çevrilib.
YARAT Studios yeni tikilmiş 4 mərtəbəli binadan ibarətdir, harda ki, Aida Mahmudova,
Orxan Hüseynov, Fərid Rəsulov, Faiq Əhməd, Ramal Kazımov, Vüsal Rəhim, Fərhad Fərzəliyev, Nəzrin Məmmədova, Reza Hazare, Rəşad Ələkbərov və Niyaz Nəcəfov kimi rəssamlar öz əsərlərini yaradırlar.
Yaradıcı igamətkahda, hətta beynəlxalq rəssamların studiyalarda boyunca rahat yaşayış və işləmələri üçün gərəkli şərait yaradılıb. İlk qonaqlarımızı 2015-ci ilin əvvəllərində qarşılamağı planlaşdırırıq.

1 Noyabr tarixində YARAT Studios günortadan gecə yarısınadək qonaqlarımızın üzünə açıq olacaq.

Açılış proqramına Dilarə Atakişiyevanın rəhbərlik etdiyi “Da’Art” Uşaq studiyası tərəfindən qısa seminar, DJ Pancho tərəfindən musiqili proqram, həmçinin sərinləşdirici içkilər daxildir.

Ünvan: Akademik Həsən Əliyev küç. 1061, Nəsimi rayonu, Kimya şəhəriciyi (Megastore marketinin arxası).
Tarix: 1 Noyabr, 2014 (12:00 – 00:00)

Həyat yaradıcılığını, azadlığı və xoşbəxtliyi sevən və dəyərləndirən hər kəs üçün giriş sərbəstdir!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !