Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəmkirdə vətəndaşları qəbul edib -

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəmkirdə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 31-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etdi.

Qəbul zamanı bölgədə yerləşən Şəmkir, Gədəbəy, Samux rayonlarının sakinlərinin müraciətləri dinlənildi.

Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və digər məsələlərlə bağlı oldu.

Komitənin sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq verdi.

Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapdı.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürüldü.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !