Ağsuda Makedoniya mədəni irsi və folklorunu tanıtım tədbirləri keçiriləcək -

Ağsuda Makedoniya mədəni irsi və folklorunu tanıtım tədbirləri keçiriləcək

Noyabr ayının 9-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu və İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçiriləcək.
Tədbir çərçivəsində Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin açılışı olacaq. Eləcə də tədbir iştirakçıları Orta əsr Ağsu şəhəri ilə yaxından tanış olacaqlar.
Makedoniyanın Vevçani bölgəsindən olan KUD “Drimkol” folklor qrupunun ifasında rəqslər və MİRAS Musiqi qrupunun ifasında muğam dəstgahından ibarət mədəni proqram da nəzərdə tutulub.
Silsilə tədbirlərdə geniş iştirakı nəzərdə tutulan media nümayəndələri və turizm işçiləri üçün ayrıca "Ağsuda arxeoloji turizmin perspektivləri" mövzusunda infotur da planlaşdırılıb. İnfotur Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasında aparılan arxeoloji tədqiqatların nəticələrini yerindəcə görməyə imkan yaradacaq.
Tədbirlərdə Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, media və turizm nümayəndələri, rayon ictimaiyyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri iştirak edəcəkdir.
Qeyd etmək istərdik ki, 2014-cü ilin yanvarında MİRAS İctimai Birliyi Makedoniyada Azərbaycanın mədəni irsinin tanıdılması məqsədilə sərgi keçirmişdir. Eləcə də birliyin üzvləri Ohrid şəhərində hər il keçirilən Beynəlxalq Mədəni İrs, Media və Turizm Konfransında Azərbaycanı təmsil edib.
Makedoniyadan gələn qonaqlar üçün 8-11 noyabr tarixlərində Bakı, Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Ağsu rayonlarına mədəni irs turları təşkil olunacaq.

 

"Azərbaycan və Makedoniya mədəni irsi" tədbirləri və "Ağsuda arxeoloji turizm" tanışlıq infoturunun

P R O Q R A M I

9 noyabr 2014

07:00 - Bakıda Modern Hotelin qarşısında toplaşmaq və Bakıdan yola düşmək

10:00 - Azərbaycan və Makedoniya mədəni irsi" fotosərgisinin açılış mərasimi

11.00 - "Ağsuda arxeoloji turizmin perspektivləri" mövzusunda təqdimat
Orta əsr Ağsu şəhəri və Mehrəvan qalası ilə tanışlıq

15:00- Vevçani KUD “Drimkol” folklor qrupunun və MİRAS Musiqi Qrupunun ifasında mədəni proqram.
Yer: Ağsu Mədəniyyət Sarayı

17:00 - AzGranata MMC-nin Ağsu şəhərindəki yeni fəaliyyətləri ilə tanışlıq

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !