Bəstəkarlar İttifaqı Musiqili Teatra təşəkkür etdi -

Bəstəkarlar İttifaqı Musiqili Teatra təşəkkür etdi

Bu günlərdə Dövlət Musiqili Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib. Tədbirdə Almaniya, Rusiya, Özbəkistan və bir sıra xarici dövlətlərin nümayəndəliri də iştirak edib. “Operettalar aləminə səyahət” adlanan konsert proqramında Əməkdar incəsənət xadimi, drijor Nazim Hacıəlibəyəvun rəhbərlik etdiyi Musiqili Teatrın Orkestri ilə yanaşı xor və balet truppasının üzvləri də çıxış ediblər. Teatrın vokalist-artistləri – Əməkdar artistlər Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Ələkbər Əliyev, Gültac Əlili, Yuliya Heydərova və başqalarının çıxışları maraqla qarşılanıb. Tədbirin sonunda xaricdən gəlmiş nümayəndələr Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə görüşərkən ona rəhbərlik etdiyi teatrın əməkdaşlarının çıxışları ilə bağlı xoş fikirlərini bildiriblər. Qonaqlar qeyd ediblər ki, belə bir qədim ənənələrə malik, çağdaş zamanla ayaqlaşmağı bacaran teatrı olan xalqın mədəniyyəti bəşəri və olməzdir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tədbiri yüksək səviyyədə təşkil etdiyinə və uğurlu, yaddaqalan çıxışlarına görə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə təşəkkür məktubu göndərib. “Dövlət Musiqi Teatrında “Operettalar aləminə səyahət” konsertində uğurlu çıxışlarına görə Sizə və rəhbərlik etdiyiniz kollektivə minnətdarlığımızı bildiririk” deyə məktubda qeyd olunur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !