Şövqi Hüseynov: - Bu, həm də Əliqismət Lalayevin uğurudu

Şövqi Hüseynov: “Bu, həm də Əliqismət Lalayevin uğurudu”

Ötən ay Musiqili Teatrda premyerası keçirilən Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən böyük maraq və diqqətə səbəb olub. Xüsusilə Azərbaycan Respublikasının Əməkdar artisti Şövqi Hüseynovun canlandırdığı Məşədi İbad obrazı özünəməxsusluğu ilə diqqət çəkib. Şövqinin ifasında Məşədi İbad tamamailə yeni, fərqli, tamaşaçıda özünə qarşı rəğbət oyadan obrazdır. “Necə oldu ki, Məşədi İbad bu qədər sevildi, belə bir uğur qazandı?” sualımızı cavablandırarkən “Çoxları elə bilir ki, Məşədi İbadı oynamağım Cənnət xanım Səlimovanın təklifidi. Amma əslində bu təklif Musiqili Teatrın direktoru Əliqismət Lalayevdən gəlib. Bu məhz onun seçimidi. Mənimlə ilk dəfə bu barədə söhbət edərkən təklifi qəbul etmək istəmədim. Düşündüm ki, möhürü üstündə olan bir obrazı yeni ampuladan təqdim etmək birmənalı qarşılanmaya bilər. Amma Əliqismət müəllim təkid etdi və məni inandırdı. Nəticədə ortaya uğurlu bir iş qoya bildim. Bu, həm də Əliqismət Lalayevin uğurudu” deyə Şövqi Hüseynov bildirib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !