Musiqili Teatrda yeni tamaşa hazırlanır -

Musiqili Teatrda yeni tamaşa hazırlanır

Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov bildirib ki, “Toya bir gün qalmış” günümüzlə səsləşən, aktual problemləri qabardan bir əsərdi. “Öncə yaratdığı şərait üçün teatrın direktoru Əliqismət Lalayevə təşəkkürümü bilrimək istəyirəm. Tamaşanın əsas ideyası “İnsanlara kömək edin, biganəlikdən əl çəkin!” şüarını tamaşaçılara çatdırmaqdı. Qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərarə gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb oynayır. Sonda məlum olur ki, əslində kişi ölməyib, sadəcə kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik.”
Qeyd edək ki, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanova olan tamşanın premyerası dekabrın ortalarına nəzərdə tutulur. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !