Musiqili Teatrda maraqlı Yeni İl proqramı -

Musiqili Teatrda maraqlı Yeni İl proqramı

Azərbaycan Dövlət Musiqili Teatrında olduqca maraqlı, musiqili-əyləncəli Yeni il şənliklərinin hazırlıqları başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa gözləyir. Yeni İl bayram proqramlarının bəzəyi olan Şaxtababa və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edəcək.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadədir. E. Rəhimzadə bildirib ki, Musiqili Teatrın hazıladığı Yeni İl şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz çırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir. “Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq Prins – şahzadə məhz balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq. E. Rəhimzadə qeyd edib ki, teatrın hazırladığı builki Yeni il şənlikləri məktəblilərin qış tətili günlərində uşaqlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş edəcək.
Tədbirin sonunda Şaxtababa hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək.
2014-cü il dekabrın 25-dən 2015-ci il yanvarın 10-a qədər təşkil olunacaq Yeni İl şənliklərinə və “Yatmış gözəl və cırtdanlar” tamaşasına biletləri teatrın və şəhərin kassalrından əldə etmək olar. Övladlarınıza Yeni il ərəfəsində əsl bayram əhval-ruhiyyəsi yaşatmaq istəyirsinizsə, tələsin! Tamaşalara kollektiv sifarişlər də qəbul olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !