201 –-li məktəbin "Palitra" dərnəyinin həyata keçirdiyi "Canım - Azərbaycanım" adlı rəsm sərgisi -

201 –-li məktəbin "Palitra" dərnəyinin həyata keçirdiyi "Canım - Azərbaycanım" adlı rəsm sərgisi

18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü
ilə bağlı 201 –-li məktəbin "Palitra" dərnəyinin həyata keçirdiyi
"Canım - Azərbaycanım" adlı rəsm sərgisi

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. Azərbaycan Respublikasının Ali Sovetinin 43 deputatının imzası ilə müstəqillik Bəyannaməsi qəbul edildi.
"Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir isriqlal dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya içtimayəti tərəfindən tanınması, Azərbaycan Konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və başqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyətinin bərpa olunma qərarını qəbul edir."
1918-ci il mayın 28-də Azərbaycan Milli Sovetinin qəbul etdiyi bəyannaməni əsas tutaraq, 1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olundu və 1991-ci il oktyabrın 18-də AR Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi.
Azərbaycan Respublikasının öz Müstəqilliyini yenidən bərpasının 20 illiyi münasibəti ilə 11 oktyabr 2011-ci il tarixində Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında Bakı şəhər Təhsil İdarəsi 201 –-li məktəbin "Palitra" rəsm dərnəyi üzvlərinin rəsmlərindəın ibarət "Canım - Azərbaycanım!" adlı rəsm sərgisi həyata keçirildi.
"Canım - Azərbaycanım!" adlı rəsm sərgisinin əsas məqsədi uşaq və yeniyetmələrə Müstəqillik Gününün mahiyyətini anlatmaq, onlara bu tarixi günün əhəmiyyəti ilə bağlı düşüncələrini yaradıcılıq dili ilə ifadə etmək imkanı yaratmaqdır. Hazırkı gənc nəslə Müstəqilliyimizin olduqca ağır sınaqlar keçirməsinə baxmayaraq yenidən əldə edilməsinin çətinliyini göstərməklə yanaşı, Müstəqilliyin onlara əmanət olaraq verildiyini və bu əmanətin onlar tərəfindən qorunaraq, sonrakı nəslə ötürmələrinin vacibliyi qeyd edilmişdir.
Sərgidə 201 –-li məktəbin "Palitra" rəsm dərnəyinin 12 üzvünün sulu boya və qrafika texnikası ilə işlənmiş 108 əsəri nümayiş etdirilmişdir. Əsas mövzu xətti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi olmaqla təsvir olunmuş plakatlarla yanaşı, təsviri sənətin digər janrlarında olan rəsm əsərləri də sərgilənmişdir. Əsərləri sərgilənən şagirdlərin ən kiçiyinin 6, ən böyüyünün 17 yaşı var. 201 saylı məktəbin "Palitra" rəsm dərnəyi 2006-cı ildən fəaliyyət göstərir və onun üzvləri indiyə qədər respublika və beynəlxalq səviyyəli rəsm müsabiqələrində uğurla iştirak etmişdir.
Sərgi 12 oktyabr 2011-ci il tarixinə qədər davam edəcəkdir.


Tarix: 11.10.2011

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !