YARAT Müasir İncəsənət Məkanı eksperimental video-art sərgisinə dəvət edir! -

YARAT Müasir İncəsənət Məkanı eksperimental video-art sərgisinə dəvət edir!

YARAT Müasir İncəsənət Məkanı Sizi Dekabrın 6-sında, Azərbaycan və xarici ölkələrdən olan gənc müəlliflərin işlərindən təşkil olunmuş eksperimental video-art sərgisinə dəvət edir!

Nümayiş zamanı rəssam və kurator Səbina Şixlinskayanın rəhbərliyi ilə keçirilmiş YARAT-ın ARTIM layihəsi çərçivəsində çəkilmiş bir sıra videolar, həmçinin Fransanın tanınmış video-rəssamı Robert Cahen tərəfindən aparılan ustad dərslərində hazırlanan videolar göstəriləcək. Eyni zamanda proqrama əlavə olaraq Zamir Süleymanovun (beynəlxalq mükafatlar laureatı) video əsərləri nümayiş olunacaqdır.

Nümayiş Milli İncəsənət Muzeyinin binasında keçiriləcək.
Nümayişin vaxtı: 6 Dekabr 2014-cü il, saat 18:00.
Ünvan: Milli İncəsənət Muzeyi, Niyazi küçəsi 9/11.
Giriş sərbəstdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !