III Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırıldı -

III Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırıldı

AzPRESS xəbər verir ki, oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və "PAŞA Bank"ın baş sponsorluğu ilə 16 yaşınadək olan uşaqlar arasında təşkil olunan III Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Yarışmada Azərbaycan ilə yanaşı, Türkiyə, İraq, Özbəkistan və Türkmənistandan gənc istedadlar öz bacarıqlarını göstərdilər. Bütün finalçılar diplomlarla təltif olundu.

Təşkilat Komitəsi tərəfindən "Qran-pri", 1 birinci, 2 ikinci, 2 üçüncü yer və beş həvəsləndirici mükafat nominasiyaları üzrə mükafatlar təsis edilib: Qaliblərə bu nominasiyaları təsdiq edən xüsusi diplomlar da təqdim olundu.

Beynəlxalq tərkibli münsiflər heyətinin qərarı festivalının yekununda dərhal elan edildi
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV.

================================================

Bakıda III Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir

Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və "PAŞA Bank"ın baş sponsorluğu ilə 16 yaşınadək olan uşaqlar arasında təşkil olunan III Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev, "Kainat" gənclik mərkəzinin rəhbəri Rahib Rəsulzadə ölkəmizdə mədəniyyətin, muğam sənətinin inkişafı və təbliği istiqamətində görülən işlərdən, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışmışlar. Xalqımızın çoxəsrlik tarixə malik mədəniyyətinin, zəngin mədəni irsinin olduğunu vurğulayan natiqlər bildirmişlər ki, maddi-mədəni sərvətlərimizi qorumaq və gənc nəsillərə çatdırmaq vacib məsələlərdəndir. Bu işdə uşaqlar arasında təşkil olunan muğam müsabiqələrinin böyük rolu vardır. Bu layihənin 16 ildir davam etdiyi, onun coğrafiyasının ildən-ilə genişləndiyi, müsabiqəyə qatılan ölkələrin sayının artdığı bildirilmişdir. İ.Babayev və R.Rəsulzadə layihənin bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, iştirakçılara uğurlar arzulamışlar.
Yarışmada Azərbaycan ilə yanaşı, Türkiyə, Misir, Özbəkistan və Türkmənistandan gənc istedadlar öz bacarıqlarını nümayiş etdirmişlər.
Xalq Artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi beynəlxalq tərkibli münsiflər heyətinin qərarı festivalın yekununda elan edilmişdir.
İştirakçılardan bir nəfəri müsabiqənin əsas mükafatı olan "Qran-pri"ni qazanmışdır. Bir nəfər birinci, iki nəfər ikinci, iki nəfər üçüncü yerə layiq görülmüş, beş nəfərə isə həvəsləndirici mükafat verilmişdir.
Bütün finalçılar diplomlarla təltif olunmuşlar.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət xadimləri, Özbəkistan Respublikası təhsil nazirinin müavini Abdüqəni Xolbekov, səfirlər, xarici qonaqlar iştirak etmişlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !