Samir Şərifov: - Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir etməyəcək

Samir Şərifov: Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir etməyəcək

Dünya bazarlarında neftin qiymətinin qısa müddətdə kəskin ucuzlaşmasının 2015-ci il üzrə dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir edəcəyini gözləmirik.

AzərTAc xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov bildirib.

“Büdcə yeni qəbul olunub. Bizim hesablamalara görə, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir etməyəcək. Sözsüz ki, qısa müddətdə neftin qiymətinin 40 faizdən də artıq enməsi və bazarlarda hökm sürən qeyri-müəyyənlik hökumət tərəfindən də qiymətləndirilir və araşdırılır. Buna uyğun olaraq müvafiq tədbirlər görüləcək”,- deyə nazir bildirib.

S.Şərifov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri üçün büdcədə neftin qiymətinə yenidən baxılması ən vacib məsələ deyil. Büdcənin gəlirləri bu riskdən sığortalanıb.

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!