Yeni xəbər portalı istifadəyə verilib - FOTO (YENİLƏNDİ)

Yeni xəbər portalı istifadəyə verilib FOTO (YENİLƏNDİ)

10 dekabr 2014-ci il tarixində World Business Center-in konfrans zalında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Sarılı MMC-nin birgə məhsulu olan “www.agsunews.az” xəbər portalı ictimaiyyətə təqdim edilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əməkdar jurnalist, tarix elmləri doktoru Qafar Cəbiyev ölkədə görülən quruculuq işlərinin əsasını və möhkəm təməlini Heydər Əliyevin qoyduğunu və layiqincə davam etdirildiyini qeyd edib. Son zamanlar QHT, dövlət, özəl sektor əməkdaşlığının inkişaf etdiyini və bu mənada regional xəbər portalının yaradılmasının əlamətdar hadisə olduğunu bildirib.
AMEA-nın müxbir üzvü Vəli Əliyev Azərbaycanın regionlarında İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin bu cür internet portalları vasitəsilə təbliğ edilməsinin vacibliyindən danışıb. O, Ağsuda aparılan arxeoloji tədqiqatlar və üzə çıxan qalıqların konservasiyasını mühüm hadisə adlandırıb.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli bu xəbər portalında Ağsu, Şamaxı, Kürdəmir, İsmayıllı, Göyçay, Qobustan rayonlarında baş vermiş ictimai, sosial, iqtisadi, mədəni, turizm, idman, səhiyyə, texnologiya sahələrini əhatə edən, eləcə də elmi mövzularda xəbərlərin paylaşıldığını vurğulayıb. Portalın hazırlanmasında gənc jurnalist və araşdırmaçıların əməyini xüsusi vurğulayan Fariz Xəlilli İmage şirkətinin portalı Türkiyə və digər ölkələrin regional xəbər portallarını təhlil etdikdən sonra xüsusi dizaynda hazırladığını bildirib.
Daha sonra İmage şirkətinin əməkdaşı Sədaqət Nəcəfzadə www.agsunews.az xəbər portalını təqdim edib. O bildirib ki, portalda bölgə ilə bağlı geniş foto və video-materiallar yerləşdirilir. Burada tanınmış və bölgə yazarlarının həm bölgənin, həm də bütövlükdə ölkəmizin tarixi, mədəni, sosial-iqtisadi məsələləri ilə bağlı maraqlı araşdırmaları, məqalələri və fikirləri öz əksini tapıb və proses davam edəcək.
Təqdimatda çıxış edən ziyalılar və media nümayəndələri yeni portalın əhəmiyyətini vurğulamaqla yanaşı, tövsiyyələrini də veriblər. Təklif edilib ki, portalın ingilis və rus dilində versiyaları olsun, digər bölgələrimizdən olan yazarlar da bu portalda yazılarını versin, turizmlə və bölgə turları ilə bağlı ətraflı xəbər və məlumatlar yerləşdirilsin, eləcə də portalın forumu olsun.
Sonda professor Qafar Cəbiyev qeyd edib ki, bu xəbər portalı Azərbaycan Respublukası daxilində ilk regional xəbər portalı olmaqla yanaşı, gələcəkdə yeni portalların açılmasına zəmin yaradacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !