Adi günlərin dolğunluğu adlı tədbir -

“Adi günlərin dolğunluğu” adlı tədbir

Sizi, London fotoqrafları Mervyn Arthur və Rossella Emanuele-nin rəhbərliyi altında keçirilən praktiki təlimin şou-tədbirinə böyük məmnuniyyətlə dəvət edirik.
Təlimin dinləyiciləri tərəfindən hazırlanmış bu tədbir “Adi günlərin dolğunluğu” adlanır.

Praktiki təlim, fotoqrafiya sənətinə eksperimental yanaşmalarını inkişaf etdirmək niyyətində olan tələbələrə ünvanlanmışdır.
Təlim, həmçinin, fotoqrafiya, heykəltəraşlıq, instalyasiya, rəsm, performans və sair yaradıcı ifadə vasitələrinin qarşılıqlı qarışığı metodunu araşdırmaq istəyən dinləyiciləri də hədəfə alır.

Bizi bu cür təlimin fikrinə salan ilk dəfə Marcel Duchamp tərəfindən səsləndirilmiş “mövcud obyekt üçün yeni ideya” yanaşması olmuşdu.
Ətrafdakı materiallardan istifadə edərək ilk növbədə fotoqrafiya üzərində çalışan təlim iştirakçılarına tapşırıq verilmişdi ki, hər gün rastlaşdıqları adiliyin,
rəngsizliyin içində gözə görünməyən cəhətləri üzə çıxarıb, yaratdıqları əsərlərdə əks etdirsinlər.
Bunun üçün tələbələrə bir sıra əməli üsul tövsiyə edilmişdi: əsərin sahəsinə nələrinsə fiziki daxil edilməsindən tutmuş, kamera vasitəsilə montaj və kənarların necə kəsilməsinə,
lap axırda əsərin studiya/qalereya şəraitində necə yerləşdirilməsinə qədər.

Sizi “Adi günlərin dolğunluğu” adlı şou-tədbiri ziyarət etməyə bir daha dəvət edirik!

Ünvan: YARAT Emalatxanası, Nəsimi rayonu, Akademik Həsən Əliyev küç. 1061,
Kimya şəhərciyi (“Megastore”-un arxasındakı yaşıl bina)

Açılış vaxtı: 16 dekabr 2014, saat 18:30. Giriş sərbəstdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !