Bakı Müasir İncəsənət Muzeyində, dekabrın 20-sində açılacaq e·phem·er·a sərgisi -

Bakı Müasir İncəsənət Muzeyində, dekabrın 20-sində açılacaq e·phem·er·a sərgisi

Bakı Müasir İncəsənət Muzeyində, dekabrın 20-sində açılacaq e·phem·er·a sərgisi,
YARAT qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən gənc kuratorların sərgiləri seriyasından üçüncüsü olacaq.

Mifoloji mövzu ilə birləşmiş kurator ideyası, bu səkkiz rəssamın işlərinə söykənmişdir: Eliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd,
Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıqzadə.
Hər şeyin mərkəzində - usta rəngkarların əsərlərində və klassiklərin poetik sətirlərində təsvir olunmuş Mif durur: çoxsaylı tablolardakı obrazları
və ədəbi əsərlərdə şifrələnmiş obrazları bir-biri ilə əlaqələndirən görünməz bağlar, məna paralelləri, tarix və əsrlər boyunca formalaşmış rəmzlər
və alleqoriyalar. Müəlliflərin fikrincə, bütün bunlar bizim özümüzü və indiki çağımızı xarakterizə edir.
Muzey ilə YARAT təşkilatının əməkdaşlığı, artıq bir ildən çoxdur ki, Əməkdar rəssam və kurator Sabina Şixlinskayanın “Kurator-mediator təcrübələri” adlı ustad-dərsi nəticəsində əmələ gəlib.
2014-cü il ərzində, Muzeyin baş sərgi salonunda artıq NUDAVERITAS və MEGAPOLIS layihələri təqdim olunub. Bu layihələri – muzey kolleksiyalarına yenidən baxılması işində uğurlu eksperiment hesab etmək olar. Hər iki halda, maarifləndirici kurs çərçivəsində yaranmış fikir, tamdəyərli art-layihə ölçülərinə qədər böyüyə bilib. Layihələrin iştirakçıları “MoMA”-nın arxiv və ehtiyatlarına zaman məhdudiyyəti olmadan daxil olmaq imkanı qazanmışlar, biz isə, sizinlə bircə - tanış süjetlərin yeni oxunuşuna hüdudsuz vəsiqə qazanmışıq.
İdeya: Leyla Ağayeva
Kurator: Samira Sefi

Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 20.12.2014 - 19.01.2015
İş rejimi: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !