Malatya İnönü Universitetində "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı keçirilib - FOTO

Malatya İnönü Universitetində "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı keçirilib FOTO

Dekabr ayının 22-də Türkiyə Cümhuriyyətinin Malatya şəhərində İnönü Universitetində həmin universitetin Xarici Tələbələr Topluluğu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi (İNDEX) tərəfindən təşkil olunan "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı və fotoqraf Məmməd Rəhimovun "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib.
Konfrans hər iki ölkənin himnlərinin səslənməsi ilə başlanıb. Xarici Tələbələr Topluluğunun sədri Ramal Şəmşədli konfransı açıb, hər iki ölkənin gəncləri arasında təhsilin inkişafına, yayılmasına diqqəti cəlb edib. Daha sonra Azərbaycan haqqında qısa tanıtım filmi təqdim olunub. Universitetdə təhsil alan azərbaycanlı tələbələr milli rəqslərimizi ifa ediblər.
Konfransda iştirak edən Azərbaycan Texniki Universitetinin professoru, Tarix kafedrasının müdiri Şikar Qasımov Azərbaycan və Türkiyənin mədəni əlaqələri və ortaq dəyərlərin qorunmasından danışıb. O, bildirib ki, Azərbaycan yenidən siyasi müstəqilliyinə qovuşduqdan sonra Türkiyə ilə əlaqələri yeni inkişaf mərhələsinə keçib. Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələr bu əlaqələrin inkişafında və genişlənməsində xüsusi rol oynayırlar. Qarabağ həqiqətlərinin və Azərbaycanın inkişafının türk toplumuna çatdırılmasında bu gənclərin üzərinə böyük işlər düşdüyünü qeyd edib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanda son zamanlar mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, konservasiya işləri və müxtəlif beynəlxalq tədbirlər haqqında danışıb. "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin Türkiyə də daxil olmaqla türk-islam arealında arxeoloji abidələr və tərtib olunan turlar haqqında geniş məlumat verib. Universitetin müəllim və tələbələrini Azərbaycanın mədəni irsi ilə yaxından tanış olmaları üçün Azərbaycana dəvət etməklə yanaşı, burada təhsil alan azərbaycanlı tələbələrin Malatya və çevrəsini yaxından tanımalarını tövsiyyə edib.
Konfransın sonunda məruzəçilərə Universitet tərəfindən plaket və hədiyyələr təqdim olunub. "MİRASın Dostu" plaketi Universitetin rektoru, professor Cemil Çelikə və Xarici Tələbələr Topluluğunun sədri Ramal Şəmşədliyə təqdim edilib.
Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Malatya valisi Süleyman Kamçını ziyarət ediblər. Onu yeni təyinatı münasibətilə Xarici Tələbələr Topluluğu, MİRAS və İNDEX adından təbrik ediblər. Görüş zamanı Azərbaycan və Türkiyənin ortaq dəyərləri ətrafında fikir mübadiləsi olub və Malatya ilə geniş münasibətlərin qurulmasında valiyə uğurlar arzulayıblar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !