MİRAS İctimai Birliyinin təşəbbüsü ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər davam etdirilib - FOTO

MİRAS İctimai Birliyinin təşəbbüsü ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər davam etdirilib FOTO

Dekabr ayının 18-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər davam etdirilib.
Makedoniyalı qonaqlar əvvəlcə Ağsu şəhərinin iri sənaye müəssislərindən olan AzGranata Şirə və Şərab Emalı Müəssisəsini ziyarət ediblər. Professor Vüqar Mikayılov zavod haqqında geniş məlumat verib, müəssisənin ixrac yönümlü olduğunu, bir çox xarici ölkələrə məhsul ixrac etdiklərini bildirib. Yerli məhsullardan alınan şirə, kompot, abqora, şərablar nəinki Azərbaycanda, ölkədən kənarda da tanınır. Məhsullardan dadmaq imkanı əldə edən qonaqlara AzGranata adından hədiyyələr təqdim olunub. Daha sonra Makedoniyanın Kud-Drimkol folklor qrupu zavodun işçiləri üçün geniş konsert proqramla çıxış edib.
Tədbirlər Səməndər Rzayev adına Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində "Makedoniya folkloru" mövzusunda seminarla yekunlaşıb. Seminarı giriş sözü ilə açan Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Makedoniyalı qonaqların Ağsuda olmasından, öz mədəniyyət və folklorunu burada tanıtmasından məmnunluq ifadə edib. Bu səfərdə onlar həm də Azərbaycanın mədəniyyəti və folkloru ilə tanış olmaq imkanı əldə ediblər. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Makedoniya mədəniyyət günlərinin Ağsuda zəngin proqramla keçdiyini, rayon ictimaiyyəti ilə qonaqların bu bir neçə gündə qaynayıb-qarışdığını bildirib. Qonaqlar folklor tədbirləri ilə yanaşı Ağsu və Şəkinin mədəni irs abidələrini də ziyarət ediblər. Professor Rubin Zemon Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu adından seminarın keçirilməsinə şərait yradıldığı üçün minnətdarlıq edib. Makedoniyanın taleyinin Azərbaycanla oxşar olduğunu, tarixi ərazilərində qonşularının yerləşdiyini, bununla belə tolerans və çoxmədəniyyətli bir ortamda yaşadıqlarını, bu məqamın folklorda özünü göstərdiyini bildirib. Daha sonra Makedoniyanın müsəlman və xristian əhalisinin folklor ənənələrini və oxşarlığını əks etdirən filmə baxılıb. Yekunda Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Makedoniyalı qonaqlara iştirak sertifikatları təqdim edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !