Qorqasali adına Tbilisi Tədris Universitetində "Turizmin tədrisində innovativ metodlar" I elmi-praktiki konfrans keçirilib - FOTO

Qorqasali adına Tbilisi Tədris Universitetində "Turizmin tədrisində innovativ metodlar" I elmi-praktiki konfrans keçirilib FOTO

Dekabr ayının 18-də Gürcüstan Respublikasının Tbilisi şəhərində Qorqasali adına Tbilisi Tədris Universitetində "Turizmin tədrisində innovativ metodlar" I elmi-praktiki konfrans keçirilib. Konfransı Qorqasali adına Tbilisi Tədris Universiteti "Dostlar üçün Gürcüstan" Beynəlxalq Assosasiyası, Turizm Geo-İnformasiya Mərkəzi və Hollandiyanın Yeni Avropa Universitetinin dəstəyi ilə təşkil edib.
Konfransın əsas hədəfi turizm sahəsində tədricən inkişaf və innovativ tədris metodlarının aşılanmasına dəstək məqsədilə ictimai platforma yaratmaqdır.
Konfransda turizm araşdırmaları, təbliğat və tədris problemləri, turizm bakalavr proqramının hazırlanmasının prinsipləri, turizmin tədrisində web, gis və mobil texnologiyalar, turizmdə innovativ tədrisin aspektləri, mədəni irs turizminin inkişafında Dostlar üçün Gürcüstan Beynəlxalq Assosasiyasının yeri, inkluziv turizmdə tur-bələdçi təlimləri və digər mövzularda çıxışlar və müzakirələr aparılıb.
Konfransda Azərbaycan Texniki Universitetinin professoru, Tarix kafedrasının müdiri Şikar Qasımov və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak ediblər.
"Arxeoloji turizm: Araşdırmalar, təbliğat və tədris problemləri" mövzusunda çıxış edən Fariz Xəlilli bildirib ki, arxeoloji turizm turizmin yeni sahələrindən biridir. Arxeoloji turizmin hədəf kütləsi cəmiyyətin intellektual kəsimi və arxeologiyaya uşaqlığından həvəs göstərən müxtəlif ixtisas sahibləridir. Hər hansı siyasətçi, bank işçisi, həkim, rəssam və digər istənilən peşə sahibləri məzuniyyətlərini daim arzusunda olduqları arxeoloji qazıntı sahəsində keçirə bilərlər. Bu turizm sahəsinin inkişafı nəinki turizm iqtisadiyyatına yeni məhsul təqdim edir, eləcə də arxeologiyanın bir elm kimi innovativliyini artırır. İndiyə qədər Azərbaycanda arxeoloji turizm sahəsində 3 böyük layhənin tərəfdaşı və eksperti olduğunu qeyd edən Fariz Xəlilli "Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi", "Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği" və "Ümumi mədəni irs şəhərləri Beynəlxalq Arxeoloji turizm layihəsi" haqqında geniş məlumat verib. Lokal layihələrdən başlayaraq beynəlxalq layihələrə qədər arxeoloji turizm sahəsində aparılan araşdırmalarının dövlət-özəl-qht münasibətlərinin qurulmasında müstəsna imkanlar yaradan bu turizm sahəsi kimi yaxın gələcəkdə daha cəlbedici olacağını göstərdiyini qeyd edib. Turizm təmayüllü təhsil müəssisələrində arxeoloji turizmin tədrisinə ehtiyac olduğunu bildirən Fariz Xəlilli onun tədris edərkən təkcə arxeologiya və turizmə aid aspektlər əsas götürülməməli, çevrə, ətraf və sosial mühitlə birlikdə tədris edilməli olduğunu deyib. Habelə, arxeoloji turizm potensialı olan abidələr əsas alınmalı və dərslər onların üzərində qurulmalıdır. O, göstərib ki, arxeoloji turizmə dair nəinki beynəlxalq, heç Avropa dəyərləri də hələ tam formalaşmayıb. Qafqaz bölgəsi olaraq bu sahənin inkişafında yer almaqla yanaşı, arxeoloji turizm dəyərlərinin formalaşmasına da köməklik göstərə bilinəcəyini qeyd edib.
Konfransın sonunda tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə "Dostlar üçün Gürcüstan" Beynəlxalq Assosasiyasının fəxri üzvü diplomu təqdim edilib.
Konfransdan sonra Azərbaycan nümayəndə heyəti "Dostlar üçün Gürcüstan" Beynəlxalq Assosasiyasının tədris mərkəzi ilə tanış olublar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !