Nazir Musiqili Teatrın aktrisasını təltif etdi -

Nazir Musiqili Teatrın aktrisasını təltif etdi

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi artıq başa çatmaqda olan 2014-cü ilin yekunları ilə bağlı kollegiya iclası keçirib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev il ərzində ölkədə baş verən ən mühüm mədəniyyət hadisələri haqqında danışaraq bütün mədəniyyət xadimlərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2015 – Yeni İl Bayramı münasibətilə təbrik edib. Sonra bir sıra mədəniyyət xadimlərinə mükafatlar və fəxri fərmanlar təqdim olunub. Təltif olunanlardan biri də Azərbaycan Dövlət Musiqili Teatrının xor artisti Aybəniz Bağırova olub. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Fəxri mükafatları şəxsən nazir Əbulfəs Qarayev təqdim edib.
Qeyd edək ki, Bağırova Aybəniz Cavad qızı 4 oktyabr 1958-ci ildə Gədəbəy rayonunda anadan olub. 1985-ci ildə İncəsənət İnstitutunun «Musiqili Komediya aktyoru» fakultəsini bitirib. 1986-1997-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblında xor artisti kimi fəaliyyət göstərib.23 aprel 1998-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir.
Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Bəydullanın möhtəşəm toyu», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «10 min dollarlıq keyf», «Nəğməli könül», «Dəli dünya», «Gülmək qadağandır», «Bir saat xəlifəlik», «Qadınsız yaşamaq olmaz», «Şeytanın yubileyi» kimi tamaşalarında iştirak edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !