MİRAS 2015-ci ilin ilk beynəlxalq konfransına başlayır -

MİRAS 2015-ci ilin ilk beynəlxalq konfransına başlayır

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Makedoniyanın Ohrid şəhərində Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, “ESRA” Audiovizual İncəsənət Universiteti, “HAEMUS” Elmi Tədqiqatlar və Mədəniyyətin İnkişafı Mərkəzi ilə birgə III Beynəlxalq “Ohrid-Vodici, 2015” “Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında interdisiplinar əlaqələrə baxış” konfransını təşkil edəcəkdir.
Konfransda Makedoniya, Albaniya, Rusiya, Litva, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Belarusiya, Polşa və s. ölkələrdən çox sayda tədqiqatçı və alimlər məruzə ilə çıxış edəcəklər. Azərbaycanı konfransda müxtəlif elmi müəssisə və universitetlərdən 20-yə qədər alim və tədqiqatçı təmsil edəcək.
Konfransda mədəni irsin media vasitəsilə qorunması və təqdim olunması, mədəni irsin turizm məqsədilə genişləndirilməsi, mədəni irsin və turizmin iqtisadiyyata təsiri, mədəni irsin turizm məhsulu kimi rəqəmsallaşdırılması, kollektiv yaddaşın rəqəmsallaşdırılması, mədəni irs, sosial şəbəkə, rəqəmsal rekonstruksiyalar, mədəni irsin 3D modelləşdirilməsi və turizm sahəsinə verilən qiymət, turizm məhsulu kimi mədəni irsdə reproduksiya texnikaları və sürət prototipi, folklor, etnomusiqişünaslıq, media və turizmin qiymətləndirilməsi və s. mövzularda məruzələr olacaq.
Konfransda iştirakçılar Ohrid və digər şəhərlərdə arxeoloji qazıntılarla tanış olacaq və oradakı tarix və mədəniyyət abidələrinə baş çəkəcəklər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !