Azərbaycan Dövlət YUĞ Teatrı - UNUDULMAZ ƏFƏNDİ -

Azərbaycan Dövlət YUĞ Teatrı - “UNUDULMAZ ƏFƏNDİ”

“UNUDULMAZ ƏFƏNDİ”

- İ.Əfəndiyevin pyesləri əsasında
bir bölümlü astana oyunu -


Səhnələşdirmə  Vidadi Həsənov (Əməkdar artist)
Quruluşçu rejissor  Vidadi Həsənov (Əməkdar artist)
Quruluşçu rəssam  Umay Həsənova
Musiqi tərtibatı  Amid Qasımov
Rejissor assistenti  Vüqar Hacıyev

 

İştirak edirlər:

Yaşlı Kişi Vidadi Həsənov (Əməkdar artist)
Yaşlı Qadın Sonaxanım Mikayılova(Əməkdar artist)
Gənc Oğlan Amid Qasımov
Gənc Qız Könül Cəfərzadə
Virtual şəxs Vüqar Hacıyev

 

 

Log-line:  Məhəbbət ümidsiz vəziyyətdən belə çıxış yoludur.


Plot-line:  Nevrotik bir stixiya içərisində yaşayan – “adamlar arasında olsa da, özünü Robinzon Kruzo kimi hiss edən” Yaşlı Kişi, bir gecə qəflətən maddiləşən fantomları ilə üzbəüz qalır. Bu irreal, eyni zamanda da, bəşəri varıqlar – Yaşlı Qadın, Gənc Oğlan, Gənc Qız və Virtual Şəxs – tənha qoca ilə əcaib bir oyun oynayırlar. Bu oyun – astana oyunu onu amansız tənhalığın aqoniyasından xilas edir. Bütün həyatını bir daha saf-çürük edən Yaşlı Kişi, nəhayət, ən son seçimini edir.

Müəllif intensiyası: Təbiət sevən insanlar arasında pozulmaz bir tənasüb yaradıb. Bu kateqorial imperativ pozulanda mənəvi böhran baş verir. Məhəbbət iki sevən adamdan birində daha tez qocalır. Daha tez...

 

Xronometraj 80 dəqiqə
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !