Xeyrəddin Qocanın anadan olmasının 65 illiyi qeyd olunub - FOTO

Xeyrəddin Qocanın anadan olmasının 65 illiyi qeyd olunub FOTO

Beynəlxalq Muğam Mərkəzində Xeyrəddin Qocanın anadan olmasının 65, yaradıcılığının 45 illiyi münasibətilə yubiley gecəsi keçirilib.

AzərTAc xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə reallaşan ədəb-bədi gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığından geniş söz açılıb.

Mərasimdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb. Bildirib ki, Xeyrəddin Qoca xalqa xidmətdə keçən şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli nüfuz qazanıb.

Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqub çıxış edərək Xeyrəddin Qocanın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar.

Yubilyarın qəzetçilik və publisistik, ictimai-siyasi və diplomatik fəaliyyətindən danışan natiqlər Xeyrəddin Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Babək Niftəliyev, xanəndələr Elnarə Abdullayeva, Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov və başqalarının ifasında səslənən muğam və xalq mahnıları gecəyə bədii əlvanlı qatıb.

Sonda Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara minnətdarlığını bildirib, bundan sonra da ədəbiyyatımıza yeni töhfələr bəxş edəcəyini söyləyib.

 

***

 

Yanvar ayının 29-da saat 19:00-da “Beynəlxalq Muğam Mərkəzi”ndə Xeyrəddin Qoca’nın anadan olmasının 65, yaradıcılığının 45 illiyi münasibətilə yubiley gecəsi keçirilib...

Mərasimdə “Milli Məclis”in mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb...

Milli Məclisin deputatı Elmira Axundova, xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqub çıxış edərək Xeyrəddin Qoca’nın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar...

Xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə XALQ ARTİSTİ Mələkxanım Əyyubova, ƏMƏKDAR ARTİSTLƏR Cabir Abdullayev, Təyyar Bayramov, Babək Niftəliyev, XANƏNDƏLƏR Elnarə Abdullayeva, Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov və başqalarının ifasında muğam və xalq mahnıları gecədə səsləndirilib...

Sonda... Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara dərin minnətdarlığını bildirib...

Sizə... ƏZİZ oxucularıma Xeyrəddin Sayəddin oğlu Qoca haqqında məlumat verim...

Xeyrəddin Sayəddin oğlu Qoca(nasir, publisist, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü) 1950-ci il yanvar ayının 29-da Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur...

1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra “Nəsrəddin Tusi” - adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir...

O... 1975-1977-ci illərdə “Jurnalist Sənətkarlığı İnstitutu”nda təhsil almışdır...

Ordu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra (1971) uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir... "Politexnik” qəzetində müxbir (2.03.1974-03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977-08.1978, 26.07.1982-2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sosialist qanunçuluğu” jurnalında böyük redaktor (9.08.1978-6.07.1982), “Dan ulduzu” qəzetində baş redaktor (25.03.1987-29.03.1991), “Mədəniyyət” qəzetində baş müxbir (29.03.1991-08.1991), “Şeytan” jurnalında müxbir (1.08.1991-04.1992, 1.02.1993-04.1993), “Açıq söz” qəzetində redaktor müavini (10.04.1992-1.11.1992), “Mozalan” qəzetində redaktor müavini (1.11.1992-02.1993), ”Yeni Azərbaycan” qəzetində baş redaktor (1.04.1993-12.1997) vəzifəsində çalışmışdır...

X.Qoca’nın jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı respublikamızda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnallarda dərc edilmişdir... Xaricdə və respublikamızın televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir... Onun səs yazılarının bir qismi, video-lentlərə yazılmış tamaşaları “Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi”ndə, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları “S.Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi”ndə, son yaradıcılıq məhsulları isə... şəxsi arxivində qorunub saxlanılır...

1995-ci ildə 1-ci çağırış “Azərbaycan Respublikası Milli Məclisi”nin deputatı seçilmişdir...

1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmişdir... Ona... 1-ci dərəcəli “Fövqəladə və Səlahiyyətli Elçi” - rütbəsi verilmişdir...

O... “Azərbaycan Jurnalistlər İttifaqı (1979)” və “Yazıçılar (1996) Birliyi”nin üzvüdür... “Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyəti”nin üzvüdür (2008)...

Ailəlidir, üç övladı var...

Yaradıcılığı...
Yazıçı-satirik “Filankəslər” (1995), “Hərə öz payını götürsün” (1998), “Marallar” (2000), Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar” (2002), “Gərək yazam...” (2003), “Hərənin öz payı” (iki hissəli satirik komediya) (2003), “Pyeslər “ (2004), “Bu da belə həyatdır...” (2008), “Biz bizə bənzərik...” (2010) - adlı kitabların müəllifidir...

O... böyük türk satiriki Əziz Nesi’nin bir sıra əsərlərini dilimizə çevirmişdir...

Dramaturqun “Akademik Milli Dram Teatrı”nda “Hərənin öz payı...” - adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002)... Onun... “Qonşulaşma, qohumlaşma, kirvələşmə” - adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004)... “Düzü-düz, əyrini-əyri” (2006), “Bu bizim zamanədir” (2007), “Toy olacaq...” (2008) - adlı pyesləri Azərbaycan Milli radiosunun tamaşaları kimi efirdə səslənilmişdir...

Ədibin həyat və yaradıcılığına həsr olunmuş “Xeyrəddin Qoca” (foto-kitab) (2000) və “Ömür belə keçir...” (2004) - adlı kitablar nəşr olunmuşdur... “Çinar-çap” nəşriyyatı “Xeyrəddin Qocanın gülüşü” - adlı miniatür kitab buraxmışdır (2007)... İctimai Televiziya yazıçı haqqında “Ömür belə keçir...” - adlı film çəkmişdir (2009)... “Heydər Əliyev Sarayı”nda Azərbaycanda ilk dəfə “Bilirəm, səsim xoşunuza gəlməyəcək...” - adlı satira gecəsi keçirilmişdir (avqust 2003)...

2007-ci il mart ayının 19 Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə... Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür...

O... uzun müddət Moskvada çıxan “Trud” qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuş (1986), “Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyəti”nin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə “Qızıl qələm” (1994) mükafatına layiq görülmüşdür... “Azərbaycan Mətbuat Fondu”nun “Dan ulduzu” (1995) mükafatını almışdır... Mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, ədəbi-bədii, publisistik yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor janrındakı kitablarına görə... “Araz” Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunmuşdur... “Pyeslər” kitabında, “Hərənin öz payı...”, “Qonşulaşma, qohumlaşma, kirvələşmə”, “Bu bizim zəmanədir...” kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik təhkiyəsinə, özünəməxsus üslubuna, estetik-sənət axtarışlarına görə... “Bakı Kitab Bayramı”nda Milli Kulturoloji mükafat-Diplom almışdır (2005)...

Kitabları...
“Filankəslər” (1995);
“Hərə öz payını götürsün” (1998);
“Marallar” (2000);
“Bu dünyadan məktublar” (2002) (Türkiyədə nəşr olunub);
“Gərək yazam...” (2003);
“Hərənin öz payı” (iki hissəli satirik komediya) (2003);
“Pyeslər “ (2004);
“Bu da belə həyatdır...” (2008);
“Biz bizə bənzərik...” (2010).


Foto-REPORTAJ: Fotomüxbir FUAD Ələsgərov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !