BAKIDA GƏNCLƏRİN I BEYNƏLXALQ MƏDƏNİ İRS VƏ TURİZM FORUMU ÖZ İŞİNƏ BAŞLAYIB - FOTO

BAKIDA GƏNCLƏRİN I BEYNƏLXALQ MƏDƏNİ İRS VƏ TURİZM FORUMU ÖZ İŞİNƏ BAŞLAYIB FOTO

Fevralın 1-də Bakıda Gənclərn I Beynəlxalq Mədəni İrs və Turizm Forumu öz işinə başlayıb.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 2 gün davam edəcək forumda “Araşdır, qoru və təbliğ et!” devizi altında müxtəlif ölkələrdən yaşı 40-dək olan gənclər iştirak edir.
Forumun məqsədi gəncləri bir araya gətirərək, ölkələr və xalqlar arasında mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. Forumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, Misir, İspaniyanın təmsil olunan gənc alim və mütəxəssisləri mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri müzakirə edirlər.
Forumu açıq elan edən MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli forumun hədəfinin davamlı keçirmək və Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bizə miras kimi ötürdüyü Gənclər günü anlayışını Yer üzünə yaymaq olduğunu bildirib. O, qeyd edib ki, özündə ülvi hissləri və sevgini ehtiva edən bu anlayış mədəni irs və turizm kimi insanları və toplumları bir-birini tanımağa və yaxınlaşmağa sövq edən ixtisas sahələrinin gənclərini bir olmağa və birlik məsajı verməyə çağırır: "Oxumaq və öyrənmək yaxşıdır və biliklərin özəyini təşkil edir. Səyahət isə bilikləri nəinki möhkəmləndirir, bəzən yaranmış və ya yaradılmış yanlış təsəvvürləri alt-üst edir. Odur ki, mədəni irs və turizm sadəcə ixtisas sahələri deyil, həm də bu günün qida, su və hava kimi zəruri tələbatıdır".
Daha sonra çıxış edən MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü, professor Qafar Cəbiyev, İtaliyanın Kalabriya universitetinin rektoru, professor Gino Crisci, YOCOCU Assosiyasiyasının prezidenti Andrea Macchia, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məleykə Hüseynova, MİRAS İctimai Birliyinin sədr müavini Arzu Soltan, "Dostlar üçün Gürcüstan" Beynəlxalq Turizm Assosiyasiyasının təsisçisi İrakli Ephremidze, professor Şikar Qasımov, professor Kübra Əliyeva, "Caban-Qar" MMC-nin rəhbəri Zeynəb Qasımova, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rahilə Həsrətova, Arabaçı TV-nin direktoru İlham Məhərrəmov forumun əhəmiyyətini vurğulayaraq təşkilatçıları və iştirakçıları təbrik ediblər.
Forum çərçivəsində “Biz həmişə Sizinlə” əlil və qayğıya ehtiyacı olan gənclərin əl qabiliyyətlərindən ibarət xeyriyyə sərgisinin açılışı da olub.
Daha sonra "Araşdır" və "Qoru" bölmələrində çıxış və debatlar keçirilib. Məruzəçilər Forum iştirakçılarının suallarını cavablandırıblar.
Forumda Sibirin mədəni irsinin qorunması və təbliğində cari meyllər, Azərbaycan folklorşünaslığının 1900-1930-cu illərdə keçdiyi yol, Tacikistanın tarixi-mədəni irsi, Gürcüstanın mədəni irs resursları, Norveç təbiətində mədəniyyət izləri, Muzeylərin mədəniyyətlərarası dialoqun obyekti kimi mövcud təcrübələr, Topqapı Sarayı Muzeyində mədəni irs sərvətlərinin qorunmasında önləyici üsullar, gənc konservasiya alimləri və mədəni irs sahəsində Kalabriya Universitetinin İtaliya təcrübəsi, misirlilər və onların xalq mahnıları, İranda yerli memarlığın qorunması və tarixi binaların bərpası və hər ev bir otel təcrübəsi, dörd ölkəni (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) əhatə edən Ümumi Mədəni irs şəhərləri arxeoloji turizm layihəsinin ortaya qoyduğu beynəlxalq marşurut, İspaniyada mədəni irs və icmanın idarə olunması, Azərbaycan mədəni irsinin ali təhsil alan xarici tələbələrə tanıdılması təcrübəsi, yerli turizm bələdçilərinin mədəniyyət və tarixin təbliğatçısı kimi, Şimali Kiprdə tələbə turizmi, turizm potensialı olan regionlarımızda kənd turizminin inkişafi, Gürcüstanda inkluziv turizm bələdçiləri üçün təlim kursları mövzuları geniş müzakirə olunur.
Forumda təqdim olunan məruzələrin tezisləri kitabça şəklində nəşr edilib.
Müxtəlif ölkə və xalqların nümayəndələri ilə mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verəcək dostluq münasibətlərini qurmaq, gənclər arasında inteqrasiyanın gücləndirilməsinə təkan vermək, mövcud əməkdaşlığı daha da inkişaf etdirmək, yuxarıda qeyd olunan işlərin gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilməsi üçün iş prinsipi və fəaliyyət istiqamətinə dair təlim kurslarını keçirmək, işləmək bacarığının öyrədilməsini təmin etmək, Forumda səslənən ideyaları sxem şəklinə salmaq və daha da inkişaf etdirərək layihələşdirmək nəzərdə tutulur.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında gənclər forumlarının təşkili və keçirilməsinə xüsusi diqqət yetirilməsi Mədəni İrs və Turizm Forumunun gələcək 10 ildə önəmini bir daha göstərməkdədir.
Forumda işirak edən ölkələrin gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrini gələcəkdə daha da möhkəmləndirmək və qarşıda duran digər aktual problemləri müzakirə etmək məqsədilə 2016-cı ildə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunu reallaşdırmaq qərarlaşdırılır.
Sonda forum iştirakçılarının birgə bəyənnaməsi qəbul olunacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !