Qarabağ Müharibəsi Veteranının Xatirələri - FOTO

“ Qarabağ Müharibəsi Veteranının Xatirələri ” FOTO

Mən... məhz bu gün 2015-ci il Fevral ayının 2-də “Azərbaycan Respublikasının Gənclər Günü”ndə “Qarabağ Müharibəsi Veteranı” Fuad Salahov’dan müsahibə aldım... Müsahibimlə... gözəl və səmimi həmsöhbətim oldu... Bu... insanı tanımağıma çox şad oldum... Müharibəyə... gedəndə o, da bizim kimi gənc idi... Onun 19 yaşı var idi... Hər birimiz bilirik ki, Vətənimiz Azərbaycan bizim ANA’mızdır... Onu... qorumaq isə hər oğulun ümdə borcudur... O... Qarabağa ermənilərlə vuruşmağa getdi... Fuad Salahov... kimi bir çox “Qeyrətli oğullarımız” Vətəni qorumağa, onun müdafiəsi üçün getdilər... Onlar... öz borclarını yerinə yetirdilər... Bizim... isə borcumuz hələ yerinə yetməyib... Bizim... hər birimizin borcu ilk növbədə Qarabağı’mızı ermənilərin əlindən qurtarmaqdır... Bunu... biz ya “Sülh yolu və ya Müharibə yolu” ilə etməliyik... Mən... inanıram ki, torpaqlarımız azad olunacaq... İnşaAllah...! Amin...!!

Gənclər... bu gün — “Azərbaycan Respublikasının Gənclər Günü”dür bu münasibəti ilə hər birinizi səmimi qəlblə təbrik edirəm...! Bayramınız Mübarək Olsun...!!

Sizə... ƏZİZ oxucularıma Fuad Salahov haqqında məlumat verim... Fuad Salahov Fərman oğlu 1970-ci il May ayının 3-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub... O... Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədridir... 1977-1987-ci illərdə Şuşa şəhər “Hüsü Hacıyev” - adına 4 nömrəli orta məktəbi bitirmişdir... 1987-ci ildə “Ağamalıoğlu” - adına “Gəncə Kənd Təsərrüfatı İnstitutu”nun “Kənd təsərrüfatı iqtisadiyyatı” fakültəsinə daxil olmuşdur... 1988-1989-cu illərdə keçmiş SSR-in Rostov vilayətinin Taqanroq şəhərində hərbi xidmətdə olmuşdur... 1989-cu ildə Dağlıq Qarabağda başlayan məlum hadisələrlə əlaqədar olaraq təhsilini qiyabi təhsillə əvəzləyərək Şuşa şəhər Polis şöbəsinin tərkibində yaradılmış xüsusi təyinatlı polis tağımına polis çavuşu kimi işə qəbul olunmuşdur... 1990-cı ildə “Polis leytenant rütbəsi” almışdır... 1989-1992-ci illərdə Şuşa, Laçın rayonlarının eləcə də ətraf kəndlərin müdafiəsində yaxından iştirak etmiş, “Daşaltı” əməliyyatında yaralanmışdır... 1992-ci ildə Şuşanın işğalından sonra Ağdərə, Kəlbəcər və Laçın rayonlarında döyüş əməliyyatlarında yaxından iştirak etmiş və Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlərdə yaralanmışdır...

Döyüşlərdə fərqləndiyinə görə “Fəxri Fərmanla” təltif olunmuşdur... 1992-1996-cı illərdə DİN-in Polis Akademiyasında qiyabi təhsil almışdır... 1998-ci ildən “Polis mayoru rütbəsi” ilə təqaüddədir... Hazırda... Azərbaycan QMƏVŞAİB-in Xətai rayon şöbəsinin sədridir... Ailəlidir, üç övladı var...

 

MÜSAHİBƏ...

Müharibə... dedikdə insanın ağlına döyüş filmləri’ndə olan “Döyüş səhnələri” gəlir... Hər... bir film’in baş rolda oynayan öz qəhrəmanı var... Sizin... qəyrəmanınız kim olub...? Ağlınıza gəlirdi ki, sizdə nə vaxtsa qəhrəman ola bilərsiniz...?

— Uşaq vaxtından ən sevdiyim filmlərdən biri “UZAQ SAHİLLƏRDƏ” filmi idi... Hər zaman “Mehti Hüseyinzadə”nin qəhrəmanlığını gözümün qarşısında canlandırırdım... Həyatımda ən sevdiyim QƏHRƏMAN idi... Ancaq... heç zaman inanmazdıq ki, biz də MÜHARİBƏ görərdik... Ona... görə ki, SOVET hakimiyyəti dövründə on beş Respublikanı - “QARDAŞ” adlandırırdılar... “İkinci Dünya Müharibəsi (1941-1945-ci ildə...)” dövründə bütün millətlərin birgə almanlara qarşı mübarizəsini görərəkdən ağlımıza belə gəlməzdi ki, ermənilər bizə qarşı MÜHARİBƏ elan edərlər...

Biz... AZƏRBAYCANLILAR uşaqlarımıza heç zaman ermənilərin bizə qarşı ömür boyu düşmən olduğunu deməmişik... Ancaq... ermənilər isə öz uşaqlarına “TÜRK BİZİM DÜŞMƏNİMİZDİR” deyə yaddaşlarında TÜRKLƏRİ düşmən kimi canlandırıb...

Mən... 1987-ci ildə “Kənd Təsərrüfatı Akademiyası”na qəbul olundum... Birinci kursu bitirən kimi keçmiş SSR-in Rostov vilayətinin Taqanroq şəhərində hərbi xidmətə göndərildim... Bir il qulluq etdikdən sonra general Yazov’un əmri ilə institut tələbələri kimi məni də ordudan təxris etdilər... 1989-cu ildə Azərbaycana doğma vətənimə döndüm... Və təhsilimi burda davam etdirməyə başladım... Artıq... məlum Qarabağ hadisələri başlamışdı... Şuşa Ağdam yolu bağlanmışdı... Hər gün Şuşa, Laçın, Kəlbəcər rayonu və kəndlərindən kədərləndirici xəbərlər gəlməkdə idi... Mən... çox narahatçılıqlar keçirirdim... İnstitutun 2-ci əyani kursundan qiyabi təhsilə keçərək Şuşa’ya qayıtdım... Şuşa Polisinə işə qəbul olunmağım haqqında ərizə yazdım... O... zaman Şuşa Polisində xüsusi Rota yaradılırdı... Şuşa’ya və ətraf kəndlərin müdafiəsinə kömək lazım idi... Məni... “POLİS SERJANTI” kimi işə qəbul etdilər... Döyüşlərə qatılanda 19 yaşım var idi... Kifayət qədər silahlardan məlumatım var idi... Atıcılığım da pis deyildi... Uşaq vaxtından silahlarla oynamağı çox sevirdim... Mən... işə daxil olan zaman hələ yerli özünü müdafiə Batalyonları yox idi... Dağlıq Qarabağ’da... rus qoşunları nəzarət edirdi... Buna baxmayaraq erməni saqqallıları (“Daşnaqsütun Partiyası”nın üzvləri...) yollarda maşınlara atəş açır və günahsız insanları öldürürdülər... Bizim... Rotanı yaratmaqda məqsəd yaşayış məntəqələrimizi erməni silahlılarından qorumaq idi... Bizim... Rota əsasən Şuşa və ətraf kəndlərin müdafiəsində lazım olanda isə Qarabağ’ın başqa rayonlarına köməyə gedirdik... Ermənilər tez-tez Şuşa’ya gələn su anbarlarını partladırdılar... Şuşa Ağdam yolu bağlı idi... Yeganə yolumuz Laçın’dan keçərək Qubadlı, Cəbrayıl, Fizuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam yolu idi... Şuşa’dan... Ağdama yarım saata gedə biləcəyimiz halda biz bu uzun yolu getməyə məcbur idik...

 

Vətənimiz Azərbaycan bizim ANA’mızdır... Onu... qorumaq hər oğulun ümdə borcudur... Əsgərlərdə... ruh yüksəkliyi necə idi...?

— Öldürülən insanları gördükcə, ANA BACILARIMIZIN yaşlı gözlərinə baxdıqca, ermənilərə qarşı tək mənim yox döyüş yoldaşlarımın hamısının ermənilərə nifrəti artırdı... 1990-1991-ci ildə mənim kimi Ali təhsillərini yarımçıq qoyan “Azərbaycan xalqının qeyrətli oğulları”nın çoxu Şuşa’ya və ətraf rayonların müdafiəsinə qalxmışdı... 1990-cı ildən sonra müharibə daha da qızışmağa başladı... Ruslar... Qarabağ’ı tərk etdikdən sonra isə tamamilə müharibə güclənmişdi...

 

Hansı döyüşlərdə və hansı əməliyyatlarda iştirak etmisiniz...?

— Mən... “Şuşa, Kosalar, Nəbilər, Kərkicahan, Daşaltı, Laçın” əməliyyatlarında sonra isə Şuşa’nın işğalından sonra Ağdərə bölgəsində döyüşlərdə iştirak elədim... Marquşavan kəndindən Vəngə qədər bütün əməliyyatlarda oldum... Vəngə... çatanda bizi ordan Kəlbəcər’dən keçərək Laçın’a göndərdilər... Laçın’da... “Sarıbaba” yüksəkliyində döyüşdə olduq...
Ən güclü döyüşlərimiz Kosalar, Daşaltı və Ağdərə istiqamətində olub... “Daşaltı”... əməliyyatında yaralandım, həm də “kontuziya” aldım... Bizim... Rota sonradan Batalyon oldu... Döyüşçülərin sayı artırıldı... Çox... qəhrəman döyüş yoldaşlarım var idi... Ölümün gözünə dik baxan, amma bununla bərabər döyüş yoldaşlarımı, dostlarımı da itirdim...

 

Siz... “Dostum və Düşmənim kimdir” bunu nə vaxt anladınız... Dostunuzu heç orda itirmisiniz... Döyüş yoldaşlarınızdan hansını daha çox xatırlayırsınız...?

— Bütün... DOSTLARIMI, ŞƏHİD OLMUŞLARI heç unuda bilmirəm... İndi də keçmiş döyüş yoldaşlarımla görüşəndə o qədər o, ZAMANDAN söhbətlər edirik ki, heç bir-birimizdən ayrılmaq belə istəmirik... Ancaq... ən çox xatırladığım UŞAQLIQ DOSTUM Azər Biliyev’dir...

 

Mümkünsə... mənə bir az AZƏR’dən danışın...?

— AZƏR’DƏN... danışmaq mənə çox ağırdır... Ağırdır açığı ona görə ki, onunla mən lap uşaqlıqdan bir yerdə böyüyüb başa çatmışdım... BİR MƏHƏLLƏDƏ YAŞAYIRDIQ... Bir... sinifdə oxuyurduq... O... mənim ən yaxşı sinif yoldaşım idi... Məktəbdə çox əla qiymətlərlə oxuyurdu... Məktəbi “Qızıl medal”la bitirmişdi... Məktəbi bitirdikdən sonra ikimiz də Ali məktəbə qəbul olunduq... Və... ikimiz də Rusiyanın ROSTOV vilayətində hərbi xidmətdə olduq... Təbii ki, başqa-başqa şəhərlərdə... Mən... TAQANRIQ’DA o, isə AKSAYSK şəhərində... Amma... buna baxmayaraq... Mən... onun yanına tez-tez gedərdim... Azər... mənim üçün bir yaxşı DOST, YOLDAŞ, QARDAŞ, bir sözlə hər şey idi... Çua’da... ŞƏHİD OLDU mənim qucağımda... Onun... ölümündən sonra həyatda özümü tək tənha hiss etdim... Döyüşlərdə... AZƏR’dən savayı döyüş yoldaşlarım(“Milli qəhrəman” Rizvan, Bəxtiyar...) şəhid oldu...

Həyatda DOST qazanmaq və DOST’u itirmək çox çətindir... Fuad müəllim... kövrəltdiniz məni... Onlar... Vətən uğrunda döyüşlərdə vuruşub şəhid oldular... Şəhidlik... UCA zirvədir... ALLAH... ölən şəhidlərimizə rəhmət eləsin...!

 

Daşaltı əməliyyatının da dediniz ki, iştirakçısı olmusunuz...? Televiziyada oxuduqlarımızdan və mətbuatdan belə məlum olur ki, orada satqınçılıq olub ki, biz məğlub olmuşuq... Bu düzdürmü...?

— Xeyir... BU... belə deyil... O... zamankı “Müdafiə Naziri” Tacəddin Mehtiyev’in özünü qorumaq üçün uydurmasıdır... Necə ola bilər ki, bələdçilər satdılar bizi, amma bəs özləri niyə şəhid oldu...? Bilirsiniz “DAŞALTI ƏMƏLİYYATI” düzgün qurulmamışdı... Döyüşdən öncə gərək kəşviyyat gedəydi onların döyüş mövqelərini öyrənəydi, ən vacib olan texnikalarının sayı, canlı qüvvələrinin sayı və mövqeləri olmalı idi... Amma... onlar KAMERA vasitəsi ilə “DAŞALTI” qayasından DAŞALTI KƏNDİNƏ baxmaqla kəşviyyat aparmışdılar... Ermənilərin... heç bir canlı qüvvəsi o, qayadan görünmürdü ona görə ki, onlara biz o, qayadan hər zaman atəş açırdıq... Onlar... dağların arxasında özlərinə mövqe tutmuşdular... “DAŞALTI ƏMƏLİYYATI”nda bir neçə ay öncə biz “ŞUŞA POLİSİ”nin rəisi Vahid Bayramov’un rəhbərliyi ilə “DAŞALTINDA” bir əməliyyat keçirdik... Kənddə nə qədər erməni DIĞASI vardı hamısını tutub “ŞUŞA TÜRMƏSİ”nə gətirdik... Bir nəfər də itgimiz olmadı... “DAŞALTI ƏMƏLİYYATI” günü biz “KOSALAR”da postda idik... Bizi... postdan çıxardılar və dedilər ki, gedin bir az dincəlin və axşam saat səkkizdə şöbədə mütləq olun... Bizim... batalyonda qanun qayda çox yüksək səviyyədə idi... Ona görə də biz dincəlməyə getdik... Gündüzlər Şuşa’ya atəş açırdılar... Çox zaman binaların zirzəmisində yatıb və geri postlara dönürdük... Evdə qalmaq çox təhlükəli idi... Hər... zaman “Raket və Tank” mərmiləri evə düşə bilərdi... Ermənilər... əsasən evləri Raket zərbələrinə tuturdular ki, itgilər lap çox olsun...
Həmin... gün axşam biz Polis şöbəsində yığıldıq... Bizə... geyim üçün “Ağ masxalat”lar verilmişdi... Bilmirdim ki, hara gedirik... Ola bilərdi ki, şəhərdə bilirdilər, amma bizim şəhərlə əlaqəmiz yox idi, ona görə ki, ağır zaman idi... Hamı... silaha sarılaraq Postlara çıxırdı... Bizi... gecəylə “CIDIR DÜZÜN”də olan “Pioner lagerə” gətirdilər... Komandirimiz... Fərman Xəlilov Nazirin keçirdiyi toplantıya qatıldı... Birazdan geri qayıdaraq “DAŞALTI ƏMƏLİYYATI”nın hazırlandığını dedi və biz ora hücuma keçməli idik... Bizi... Şuşa’da “YUXARI YARMA” deyilən yerə gətirdilər... Biz... oradan zəncir şəklində “DAŞALTI” çayına və ordan isə çayı keçərək “DAŞALTI” ilə “XANKƏNDİ” arasında yeganə yolu bağlamalı idik... Biz... plana uyğun qaydada hərəkət edirdik... Çaya çatdıq... Çayı... bir neçə adamımızla keçməyə başladıq... Çayı keçərkən gecə idi deyə heçnə görünmürdü, birdən ayağım sürüşdü və buz kimi soyuq suya düşdüm... Hava çox soyuq və hər yer ağ örpəyə bürünmüşdü... Ayaqlarım suyun içində idi deyə su çəkməlirimin içinə dolmuşdu... Amma... onları qurutmağa imkan heç yox idi... Birdən... komandirimiz Fərman Xəlilov bizi geri çağırdı... Dedi ki, bələdçimiz deyir ki, bu cığır bizi erməni postunun düz üstünə aparır... Bu... zaman “Milli Qəhrəman” Riyad və onun dəstəsi gəldi... Biz... onlarla bir yerdə söhbət etdik və siqaret çəkdik... Fərman Xəlilov onlara bu vəziyyəti aydınlaşdırdı... Təklif etdi ki, gəlin biz başqa istiqamətlə həmin nöqtəyə keçək... Çünki... bura çox təhlükəlidir... Ancaq... Riyad razı olmadı və yollarına davam etdilər... Biz... isə istiqamətimizi başqa səmtə yönəltdik... Saat altıda top atılmalı idi ki, hücum olsun... Amma... saat altı olmamış erməni pulemyotçıları pulemyotlardan bizə atəş açmağa başladılar... Bizə... köhnə ratsiyalar verilmişdi... Onlar da çox yerdə tutmurdu... Ratsiya ilə bizi köməyə çağırdılar ki, çoxlu yaralılarımız var bizə kömək edin mühasirəyə düşmüşük... Fərman Xəlilov... tez bir neçə nəfəri onlara kömək üçün göndərdi... Xeyli vaxt atışma oldu... Birazdan onların ratsiyaları birdəfəlik susdu... Həmin... döyüşdə bizim rotadan səkkiz nəfər yaralandı... Məni və komandirim Fərman’ı bir yerdə ikimizi də qumbaraatanla vurdular... Qulaq pərdəmiz də deşildi... Mənim... ayaqlarım gecədən donmuşdu deyə ağağımdakı yaranı heç hiss etmirdim... Amma... qulaqlarım qizildəyirdi... Beynimdə... dəhşətli bir uğultu var idi... Fərman... məndən “Güllə darağı” istədi, mən də gətirdim sürünə-sürünə... Sonra... qaçdım ki, daşın arxasına keçim, bu zaman bizi vurdular... Daha sonrasından xəbərim olmadı... Gözlərimizi xəstəxanada açdıq... Baxdım ki, Fərman məndən yenə “Güllə darağı” istəyir və Palatada lap bərkdən qışqıraraq oyandıq... Bu... “Kontuziya”dan sonraki vəziyyətimiz idi...

 

Müsahibimə verdiyim suallar: Müharibə... başlananda sizin FUAD müəllim neçə yaşınız var idi...? Siz... müharibəyə könüllü getmisiniz...? Sizin... qəyrəmanınız kim olub...? Ağlınıza gəlirdi ki, sizdə nə vaxtsa qəhrəman ola bilərsiniz...? Siz... nə hiss keçirmisiniz...? Ölümdən döndüyünüz anlar olub...? Siz... “Dostum və Düşmənim kimdir” bunu nə vaxt anladınız... Dostunuzu heç orda itirmisiniz... Döyüş yoldaşlarınızdan hansını daha çox xatırlayırsınız...? Mümkünsə... mənə bir az AZƏR’dən danışın...? Hansı döyüşlərdə və hansı əməliyyatlarda iştirak etmisiniz...? Daşaltı əməliyyatının da dediniz ki, iştirakçısı olmusunuz...? Televiziyada oxuduqlarımızdan və mətbuatdan belə məlum olur ki, orada satqınçılıq olub ki, biz məğlub olmuşuq... Bu düzdürmü...? Əsgərlərdə... ruh yüksəkliyi necə idi...?

 


Məqalənin müəllifi: “AzPRESS.az” Sayt’ının Fotomüxbiri FUAD Ələsgərov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !