Ali məktəb tələbələri arasında respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb -

Ali məktəb tələbələri arasında respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb

AzPRESS xəbər verir ki, 30 noyabr 2011-ci il tarixində T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası " resm qalereyasında bu gün ali məktəb tələbələri arasında "Azərbaycan çiçəklənən diyar" mövzusunda təşkil olunmuş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərəd dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq, rəsm sahəsində istedadlı üzə çıxarmaqdır. Onun sözlərinə görə, müsabiqə ali məktəb və Respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib: "Ali məktəb tələbələri arasında "Azərbaycan çiçəklənən diyar" mövzusunda ilk dəfə təşkil olunmuş rəsm müsabiqəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdəndir. Bu il müsabiqənin şəffaflığını təmin etmək üçün Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin işləri qəbul edilməyib. Müsabiqənin respublika mərhələsinə 100-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlıq Akademiyasının peşəkar rəssamlarından ibarət münsiflər heyyəti tərəfindən seçim aparılıb və 12 qalib müəyyənləşib. Müsabiqənin respublika mərhələsində I, II, III yerləri tutan tələblərə Təhsil Nazirliyinin mükafat diplomu və hədiyyələri verilib".
Qaliblərin siyahısı:
I YER
Xanverdiyev Aytac
Səmədzadə Rəksanə
Quliyev Könül
Əliyeva Nərmin
II YER
Əzizə Vudadi qızı
Rayi Fəridə
Məmmədova Lamiyə
Cavadova Nuray
III YER
Bahardır Bahar
Nadirova Ülviyyə
Musayeva Sevinc
Xəlili Jalə
HƏVƏSLƏNDİRİCİ YERLƏR
Mikayılzadə Aysel
Məmmədzadə Aysel
Məmmədova Əliyyə
Həzrətov Aydın
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !