Elçin Səlimli: - Mən ömrümü yaza verdim

Elçin Səlimli: Mən ömrümü yaza verdim

Mən ömrümü yaza verdim.

 

Gənc olarkən üşüməzdim,
İsti-soyuğu bilməzdim,
Heç özümü gözləməzdim,
O, taxtımdan endim-endim
Öz ömrümü yaza verdim.

 

Ürəyimi qıza verdim,
Gecə-gündüz onu sevdim,
Həyat necə şirin dedim,
Tez ötüşdü ayım, ilim
Söz ömrümü yaza verdim.

 

Yüksək uçan qartal idim,
Mən zirvəmdən heç enmədim,
Hər an yerimi gözlədim,
Bir qaya tək, yaman sərtdim
Düz ömrümü yaza verdim.

 

Yarı ömür yaşamışam,
Demək olar yaşlanmışam,
İndi bir az yumşalmışam,
Ağarıbdır saçım, telim
Yüz ömrümü yaza verdim.

 

Elçin, demə, qocalmışam,
Bu həyatdan, doymamışam,
Şair kimi yaşamışam,
Vardır, bir, istəkli yarım
Mən ömrümü, ona verdim.

 

 

 

Yaz gəlir.

 

Təbiət yamyaşıldır
Çəmən başqalaşıbdır
Həyat öz yaşındadır
Qaranquş uçub deyir
Ömrümüzə yaz gəlir.

 

Hər yan təzə havada,
Gülümsəyir səma da,
Təzə görünür dan da,
Hətta ötən qış deyir
Ömrümüzə yaz gəlir.

 

Ağaclar cavanlaşır,
Yarpaqlar pıçıldaşır,
Çiçəklər rəngbərəngdir
Hamısı al-əlvan geyir
Ömrümüzə yaz gəlir.

 

Nə var obada, eldə ?,
Ötüb keçdi bir il də,
Novruzgülü yerində,
Gülümsəyir, hey deyir
Ömrümüzə yaz gəlir.

 

Qərar tutmur otaqda,
Fikri həyətdə, bağda,
Şair yeni damaqda, (Elçin)
Sevinir, alqış deyir
Ömrümüzə yaz gəlir.

 

 

 


Yenə bu bəhslə

 

Oyanıb təbiət, yenə də, yazdır,
Yenə gül-çiçəyin əhvalı sazdır,
Qaranquş səsləri xoş bir avazdır,
Yaz gəlib yurduma, təzə nəfəslə.

 

Çəmənin boynundan boylanır lalə,
Ləçəklər açılıb, sanki piyalə,
Onlara badıqca daldım xəyalə,
Yaz gəlib yurduma, təzə həvəslə.

 

Gəl təravətlə, ruhumu oxşa,
Oyanım səninlə, oyanım qoşa,
Ömrü yaz ətriylə, mən vurum başa,
Təbiət qoynuna, sən məni, səslə.

 

Darıxma ay Elçin, çıxdın bu yaza,
Gözəllər şəninə şer yaza-yaza,
Onlar özlərini qoymasın naza,
Yaz gəlib yurduma, yenə bu bəhslə.

 

05.05.2011
Gəncə

 

 

Qocalıb getdim.

 

Daha nə qədər, gözləmək olar ?,
Gözləyə-gözləyə üzülmək olar,
Ayrılığa səncə, de, dözmək olar,
Yolunda inan ki, bitdim, tükəndim,
Səni gözləməkdən qocalıb, getdim.

 

 

Nədən orağını ala bilmirəm ?,
Yerimdə qıvrılıb, qala bilmirəm,
Səbrim tükənibdir, dola bilmirəm,
Yetim bir, uşaq tək, yaman təkləndim
Səni gözləməkdən qocalıb, getdim.

 

O, gözəl çağları, yellər apardı !,
O, qaynar gəncliyi, illər apardı,
Bəs mənim sevgimi, kimlər apardı ?,
Qışın sazağında dondum, üşüdüm
Səni gözləməkdən qocalıb, getdim.

 

Yolunu gözləyir, xəstədir, Elçin,
Qayıt, gəl ömrümə, nə danış, nə din,
Qalmasın qəlbimdə, acılar və kin,
Köçəndə, dünyadan mən, razı köçüm
Səni gözləməkdən qocaldım, getdim.

 

Elçin Səlimli.
24.02.2012.
Şirvan Ş.

 

 

İgidim, Kamil.

 

Üç yaşlı idim, boyuna qurban
Ayaqların üstə, sən möhkəm dayan
Üzündən bəllidir abırın, həyan
Ötürsən yanımda gör necə dil-dil
Özü dağ cüssəli,vüqarlı Kamil.

 

Yaşa evinizdə xoşbəxt, firavan
Tanrımız hifz etsin, səni bəladan
Duraq qulluğunda, duraq hər zaman
Düşmən qarşısında nə en, nə çəkil
Elimin arxası, köməyi kamil.
Böyük bir insanın oğul nəvəsi
Səninlə hamının vurur nəfəsi
Sən doğmaların həyat çeşməsi
Ağlınla, zəkanla hamıdan seçil
Mehriban, istəkli, sevimli Kamil.

 

Nənən, hər vaxt səni sevər, əzizlər
Anan zəhmətinə dayanar, dözər
Atan varlığınla özünü öyər
Gümrah yaşayaraq böyü, ilbəil
Sağlam düşüncəli, kamallı Kamil.

 

Elçin Səlimli.
28.03.2012
Şirvan Ş.

 

 


Anar balam.

 

Elin şəkər balası,
Torpağımın mayası,
Evin dayaq, arxası,
Gül üzlü Anar balam.

 

İgidlikdə o təkdi,
Dağı özüylə çəkdi,
Yerində çiçək əkdi,
Çox güclü Anar balam.

 

Çox sevər uşaqları,
Var dostu, yoldaşları,
Bərk qarışar başları,
Sevimli Anar balam.

 

Hələ məktəbə gedir,
Qiymətləri qəşəngdir,
Oxumağı çox sevir,
Hünərli Anar balam.

 

Üç bacının qardaşı,
Heç ağrımasın başı,
Ata-ana sirdaşı,
Qürurlu Anar balam.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !