Elçin Səlimli: - Təzə yazın sorağında

Elçin Səlimli: Təzə yazın sorağında

Təzə yazın sorağında.

 

Tezliklə qış qurtaracaq, ömrümüzə, günümüzə, həyatımıza, təbiətə son həftələr yağan ağ-appaq qardan sonra, tərtəmiz, şəffah, duyğulu-düşüncəli və qoxusu, iyi hələ, duyulmayan bir yaz qədəm qoyacaqdır. Bu fəsil ömrüm elə çağdır ki, insan ancaq yaşamaq, yaratmaq və sevmək istəyir. Bu fəsil, ilin elə xoş məqamı, təbiətin, torpağın elə xoş çağıdır ki, onu hiss, etməmək, doymamaq və görməmək olmur. Və, biz bunu, az qala hər addımbaşı görür, onunla nəfəs alır, eyni zamanda onunla təmas qururuq.
Bu fəsil, yəni yaz-bahar, hamının-böyüyün, kiçiyin və hər şeyin ehtiyacı olan bir fəsildir. Bu fəslin çəməni, çiçəyi, yaşıllığı, qaranquşları və novruz gülüsü vardır. Yaz-bahar həm də, bayramlarla doludur. “Qadınlar günü” ilə başlayıb, “Novruz bayramı”günləri ilə, daha da, zinətlənən, geniş vüsət alan, bütün evlərin və insanların abi-havasını dəyişən, bütünlüklə atmosferi dəy işə bilən və nəhayət, “Milli ordumuz” günü – bayramı ilə başa çatan bu fəsil, öz yerini daha başqa bir fəsilə verərək, bizləri tərk edir.
Mənim bu fəslə, sözün əsl mənasında, paxıllığım tutur. Çünki o, elə, bir qüvvəyə qadirdir ki, hər şeyi dəyişə bilir. Yeri də, dəyişir, göyü də, dəyişir və hətta, insanları da, heyvanları da. Onun o, ecazkar hətta, sehirli qüvvəsi qarşısında, heç nə tab gətirə bilmir. Elə, ona görə də, mən bu fəsli, elə heyranlıqla, elə acıgözlüklə, elə dəlicəsinə sevirəm ki, hətta, həmişə özümə təəssüf də edirəm. Edirəm ona görə ki, niyə axı, belə gözəl bir fəsildə doğulmamışam.
Nə isə... Təbiət vurğunu olan bir şair kimi, bir-neçə gündən sonra ömrümüzə qədəm qoyacaq yaz fəslinin, elə indidən sorağındayam. Çünki bu qış o, qədər üşümüşəm, o, qədər, üzülmüşəm ki, nəhayət, yazın gəlişi ilə tamamilə isinəcəyəm və “Ox... Ay”... ürəkdolusu, “Ox... “Ay”- deyə-deyə “Xoş gəlmisən gözəl yaz” !, “gözəl bahar”! deyəcəyəm. “Xoş müjdəli ol !, “Qədəmlərin mübarək”! – söyləyəcəyəm.
Və, çox güman ki, gəlib çatmaqda olan bu təzə yaza, təzə misralar da, həsr edəcəyəm.

 


23.02.2012.
Saat 23:55 dəqiqə.
Şirvan şəhəri.

 

 

 


Təbiətin “qış nağılı”.


Artıq çoxdan idi ki, belə qış görmürdük. Beləsini də, gördük. Bizim yerlər adətən belə qışa alışıq olmur. Yadıma gələli, əlli iki illik ömrümə, əlli ikinci dəfə qədəm qoyan bu qış, deyəsən əvvəlkilərə heç bənzəmir. Qoy olsun. Bu da, talehimizə, bəxtimizə yazılan bir yazıdır. Zənnimcə ruhdan düşməyə heç bir əsas yoxdur və məncə buna sevinmək lazımdır. Sərt keçən bu qışın da, tez-tez yağan bu qarın da, heç kimə və heç nəyə ziyanı yoxdur. Əksinə qar gözəllik, təmizlik, sağlamlıq, bar-bərəkət və əgər səhv etmirəmsə, yeni düşüncə deməkdir. Ancaq bir həqiqət də, vardır ki, gərək qışa hazır olasan. Amma, çox təəssüf ki, bu qışa nə biz, yəni insanlar, nə də ki, respublikamız hazır deyildir. İstəsək də, istəməsək də, bu acı bir həqiqətdir. Sadəcə bir cümlə ilə bildirmək istəyirəm ki, daha bu boyda, həm də, yağan bu ağ qar kimi, ağ yalan danışmaq olmaz. Utanın. Hər addım başı problemlər üzə çıxıb, adamın gözünə soxulur. Heç olmasa, baxa-baxa, bizə bu ağappaq yalanları yedirtməyin.
Nə isə ... Mən bu barədə söz açmaq istəmirdim, özü-özlüyündən alındı. Mən təbiətin “qış nağılı”ndan söhbət açmaq istəyirəm. Özü də, əməlli-başlı.
Biri vardı, biri yoxdu ... Və qışın bu oğlan çağında, respublikamızın aran bölgəsində bir oğlan yaşayırdı. İşi-gücü, rahat yeri və hətta, pulu bir çörəyə belə çata bilməyən (olmayan) bu oğlanın ömrünün ən şıx çağları idi. Başı aşağı, sakit-sakit öz həyatını yaşayıb, gedən oğlanın qış dövründə ancaq bir məşğuliyyəti vardı. Kür çayının sahilinə yaxın yaşayırdı. Özünə çaydan balıq tutmaq üçün bir “domca” da, düzəltmişdi. Məlumat üçün deyim ki, o, nə olan şeydir. Möhkəm, ancaq sınmayan, çartlamayan və eyni zamanda əyilə bilən bir ağacdan düzəldilir. Ellipsvari əyrilər və sonra hər iki ucunu birləşdirir, onun da, altından ipək saplardan tor hörüb, bağlayırlar. Və ona da, iki metr uzunluğunda, ağacdan dəstək bağlayırlar. Sonra da, onu suya salıb, suyun axını istiqamətində gəzdirirlər. Beləliklə, onunla balıq tuturlar. Onu da, qeyd edim ki, bu vaxtlar Kürdə xırda balıqlar çox olur. Hətta soyuq havada da, çıxırlar. İlan balığı, bobla, çapaq, çəki, və s. Balıqlar bu qəbildəndir.
Və... Dediyim kimi bu oğlan hər gün çayın sahilinə gələr, gün ərzində 3-4 saat “donca” bullar, qismətinə nə düşərdisə, onu aparıb satar və özünə çörək pulu qazanardı. Bu vəziyyət bütün qış ərzində təkrar olunardı. Bu minval ilə, bu oğlan bütün qışı öz sevimli məşğuliyyəti ilə, özünə çörək pulu qazanır və az da, olsa öz təlabatını ödəmiş olurdu.
Amma, “sən saydığını say, gör fələk nə sayır” demişlər. Və, bir gün bu oğlan, bu işindən də oldu. Gündəlik işi ilə, məşğul olan oğlanı bir gün, qəflətən “qara qüvvələr” mühasirəyə aldılar. Tərslikdən o gün, onun işi yaxşıca gətirirdi. Xeyli də, balıq tutmuşdu. İşinin ən “xadavoy” vaxtında, həm də, gözləmədiyi bir vaxtda, yerli bələdiyyə işçiləri ilə, bir-neçə balıq “nəzarətçiləri”, ildırım kimi oğlanın üzərinə şığıyıb, kötəkləməyə başladılar. Onu xeyli əzişdirdilər, domcasını qırıb çaya atdılar, tutduğu balıqları isə götürüb özləri ilə apardılar...
.. Oğlan çox çıxılmaz vəziyyətdə qalmışdı. Qanı bərk qaralmış, əzilmiş partladılmış ağzından qan axıb, sifətini də, bulamışdı. Artıq iş-işdən keçmişdi. Heç nə eləmək olmazdı. Eləsəydisə nə faydası olacaqdı. Odur ki, kor-peşiman ayağa qalxdı. Ağzının və üzünün qanını təmizləyib, üst-başını çırpdı. Sonra isə gedənlərin dalınca baxıb, onları doyunca “yağladı” və suyu süzülmüş halda addımlamağa başladı...
Və mənim “qış nağılı”m da, elə buradaca başa çatdı.

 

Elçin Səlimli. Elçin Kürqıraqlı
10.02.2012
Şirvan ş.

 

 


Ağ qarın portret cizgiləri. (1)


Artıq bir-neçə gündür ki, arzuladığımız qar yağmağdadır. Özünün bütün gözəlliyi və saflığı ilə, heç kimə, heç nəyə məhəl qoymayan qar, elə şıdırğı yağır ki, sanki adamı özünə valeh edir, onu bütün problemlərindən müvəqqəti olsa da, ayırır. Lal-dinməz, hətta, özünəməxsus bir gözəlliklə yağan qara baxdıqca, sanki əsəblərin sakitləşir, özünü elə bil, başqa bir dünyada hiss eləyirsən. Bir insan kimi, həm ziyalı, həm də ki, təbiətə vurğun bir şair kimi, özümü bu mənzərə və gözəllikdən təbii ki, kənarda qoya bilməzdim. Odur ki, gödəkçəmi çiynimə atıb bayıra-təbiətin təmasına çıxdım və yağan qarın təmiz və saflığını hiss edə-edə bu təmiz, eyni zamanda yüngül havanı uda-uda, qarın altında gəzinməyə başladım. Gəzə-gəzə xeyli dolaşdım və gəlib, hər iki tərəfdən, hündür və sıx şam ağacları ilə örtülmüş geniş bir yola çıxdım.
Yol ilə irəliləyirəm. Artıq qeyd etdiyim kimi, yolun hər iki tərəfi şam ağacları və qış gəldiyindən, öz yaşıl donunu artıq çoxdan soyunmuş, uca qovaq ağacları ilə doludur. Onu da qeyd edim ki, bizim bu yerlərə qovaq ağacları xüsusi gözəllik və yaraşıq verir. Yol ilə bir xeyli getdikdən sonra, orada balaca bir boşluq var və o, boşluqdan dərhal sonra, qovaqlıq hissə başlayır. Yolun qovaqlıq hissəsi ilə irəliləyirəm. Birdən diqqətimi tək-tənha dayanmış hündür (özü də, çox) bir ağac cəlb eləyir. Gəlib həmin ağacın altında dayanıram. Məqsədim həm, bir az dincimi almaq, həm də, atrafı sakitcə seyr etməkdir. Xəyala dalmış və fikirli-fikirli qarın yağaraq torpağın üzərinə necə örtüldüyünü izləyirəm. Birdən yaxınlıqda bir quş səsi eşidib xəyaldan ayılıram. Amma hər tərəfə baxır və heç nə görmürəm. Ancaq heç ağlıma da, gəlməz ki, ilin bu vaxtında, özü də, qışın oğlan çağında, həm də, fasiləsiz yağan bu qarın altında, ağacın başında quş olarmış. Bir an başımı yuxarı qaldırdım və ağacın ən uca yerində budağında bir quş yuvası, yuvada oturmuş bir quşu gördüm. Maraqlı cəhəti burası idi ki, o, boyda ağacda bir dənə də, olsun yarpaq qalmamışdı və hamısı da, yerdə xəzələ dönmüşdü. Yalnız quşun yuva qurduğu və orada oturduğu budağın yarpaqları tökülməmişdi. Yarpaqların hamısı olduğu kimi qalmışdı. Və quşun başı üzərində yarpaqlar, bir də ki, ağ qarları yerə ələyən dolu səma qalmışdı. Yerdən o, quş yuvası və quşun özü elə gözəl, elə vüqarlı görünürdü ki, adam onlara həsəd aparmaya bilməzdi. Doğrusu quşun hansı quş, olduğunu deyə bilməzdim. Çünki, onu tanımırdım. Hələ bir təəssüf hissi də, keçirdim. Ona görə ki, biz bəzən bizim yerlərdə qışlayan quşların hamısını tanımırıq. Yuvada oturan o, quşun mərdanəliyi və öz yuvasını necə qoruması, özü də, tək-tənha, məni inanın ki, heyrətə gətirmişdi. Sözün açığı, hələ, kövrəlmişdim də. Ən azı ona görə ki, quşun sədaqəti və onun öz yerinə, öz yuvasına belə sadiq qalması, mənim gözlərimi yaşartmışdı. Və mən istər-istəməz dərindən özü də, yanıqlı-yanıqlı bir ah çəkdim, yadıma düşmənlərin hələ də, tapdaqları altında qalıb inildəyən torpağlarımız, ellərimiz-obalarımız, yolumuzu gözləyənlərimiz düşdü..
Məhz, elə, bax burada, beynimdən ildırım surəti ilə bir fikir keçdi :
- Görəsən həmin yerlərdə nə var, nə yox ?. Görəsən orada da, quşlar mən
gördüyüm quş kimi sadiq və sədaqətlidirlərmi !?.


Elçin Kürqıraqlı.
Elçin Səlimli.
Şirvan şəhəri.
10.02.2012

 

 

İkinci cizgi.

 

Ağacın altından ayrılıb yoluma davam etdim. Hava kifayət qədər yaxşı idi və mən gəzintimə davam edirdim. Gəzə-gəzə gəlib indi də, başqa bir yerə çatmışdım. Bu yol köhnədən salınmış asvalt bir yol idi. Baxmayaraq ki, burada asvaltdan əsər-əlamət də, yox idi. Nə isə... Yol ilə gedirəm. Bu yol demək olar ki, mərkəzi hissədə salınmış parkın yanından keçib, çaya (Kürə) doğru istiqamət götürür və gəlib ona yaxınlaşır, daha sonra isə yaxınlıqdan burulub sağa dönür. Yolun qurtaracağı şəhərin giriş hissəsindəki darvaza-yolun özünə (körpüyə bənzər) bitişir. Bütün insan və avtomobillər buradan keçib, müxtəlif istiqamətlərə gedirlər. Yolun sol hissəsində isə, göz oxşadıqca görünən boşluq və bir-neçə (istilikxana) vardır. Görünür, orada göy-göyərti, ya da, tərəvəz yetişdirilir.
Həmin yol ilə irəliləyib, çayın sahilinə doğru dönürəm. Bir neçə metr gedəndən sonra sahilə düşür və ora ilə getməyə başlayıram. Qeyd edim ki, fasiləsiz yağan qar hələ də, kəsməyib və yağmaqda davam edir. Sürətlə yerə düşən qar dənələri sakit-sakit axan suyun üzərinə düşür, onun üzərinə parıltı salır və bəzən də, suda batıb boğulurlar. Mən isə qar dənələrinin suya necə düşdüyünü və sularda qərq olmasını diqqətlə izləyirəm. Sanki fantastik bir gözəlliklə dənələr su üzərinə düşür, orada bir az rəqs etdikdən sonra əriyib yox olurlar. Bunun özünü belə, özüdə,lap yaxından seyr etmək, özü də, bir gözəllikdir. Onlara baxa-baxa getməkdəyəm. Bir az aralı, mənə qarşı iki qaraltı yaxınlaşmaqdadır. Dayanıb onların yaxınlaşmasını gözləyirəm. Lakin onlar yaxınlaşmaq bilmirlər. Yavaş-yavaş addımlayırlar. Aramızda elə böyük məsafə də, yoxdur. Dözməyib mən addımlarımı yeyinləşdirirəm. Elə bu zaman qaraltıların kim olduqları anlaşılır. Sən demə bu cütlük bir oğlan ilə bir qız imiş. Fasiləsiz halda yağan ağ qarın və Kür qırağının həm də, qar Məcnun-Leylisi imişlər.
Onlar daha bir-neçə addım yaxınlaşıb, daldanacaq bir yerdə, özü də, üzbəüz durdular. Söhbət edə-edə qucaqlaşdılar da. Sanki yaxınlıqda heç kimsə yox imiş kimi. Görünür bu havada onlar hər şeyi unutmuşdular. Və bu vaxtı burada kimsənin ola biləcəyiin heç ağıllarına belə gətirmirdilər.
Mən isə öz işimdəydim. Sulara baxa-baxa gəlib, onların yanından sürətlə keçdim ki, onlara mane olmayım. Keçdim də. Onlar isə etinasız bir halda, öz həvəslərində idilər. Elə bil, dünyadan xəbərləri yox idi. Öz sevgilərini biri-birilərinə bəyan etməkdə idilər. Əslində mənim də, onları durduqları vəziyyətdən çıxarmaq fikrim yox idi. Nə işimə qalıb. Gəncdirlər. Özləri bilərlər, deyə, düşünürdüm. Sadəcə mənə, onların belə, etinasızlıqları təsir eləmişdi.
Və... Nədənsə, bir anlıq özümün gənclik dövrüm gəlib, gözlərim önündən keçdi. Yəni o, vaxtı mən də, (biz) belə olmuşammı ?. çox fikirləşdim... Amma xatırlaya bilmədim !.

 

Elçin Kürqıraqlı.
Elçin Səlimli.
Şirvan Ş.
15.02.2012.

 

 

Salam məktəbli dostum !.


Hələ səni tanımasam da, necə övlad olduğunu, Atanı tanıdığım üçün təyin edə bilirəm. Bəli, sənin atanı çox yaxşı tanıyıram, mənim iş yoldaşımdır. Elə ona görə də, hiss edirəm ki, sən də, onun kimi gözəl bala və ağıllı övladsan.
Doğum günün münasibəti ilə sənə bir şer həsr etmişəm və sənə arzulamaq istədiklərimi bu şer, bir də ki, bu kiçik yazım vasitəsi ilə bildirmək istəyirəm. Kaş bütün arzularına çatasan.
Əziz dostum, ümidvaram ki, dərslərini yaxşı oxuyur və həmişə də, yaxşı oxuyacaqsan. Çünki, belə etməsən nə vətənimizin, nə də ki, evinizin layiqli oğlu ola bilməzsən. Ona görə, sözə qulaq as, dərslərini daha yaxşı oxu və həmişə diqqəti cəlb et. Mən inanıram ki, bir gün səni ali məktəbə qəbul olmağın münasibəti ilə səmimi qəlbdən təbrik edəcəyəm.
Balaca dostum, sənə uzun ömür, möhkəm can sağlığı və gümrahlıq, xoşbəxtlik, bir də ki, şirin-şirin səadət arzulayıram.

 

Dərin hörmətlə: səni çox sevən və dəyərləndirən
əmin şair Elçin Səlimli.
Azərbaycan yazıçılar birliyinin üzvü.

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !