"Boy" tamaşasının premyerası keçiriləcək -

"Boy" tamaşasının premyerası keçiriləcək

7 fevral 2015-ci il tarixində, saat 18.00-da Azərbaycan Dövlət YUĞ Teatrında "Kitabi- Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasının premyerası keçiriləcək.

 

«BOY»

(“Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında)

- bir hissəli mifoloji səyahət-


İdeya və quruluş Tərlan Əngin
Quruluşçu rəssam Rəşid Şerif (Əməkdar rəssam)
Geyim üzrə rəssam Leyla Əliyeva
Rejissor ƏR-Toğrul
Musiqi tərtibatı Mələk Vəlizadə

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb

İştirak edirlər:

Məmməd Səfa (Əməkdar artist)
Yaqut Paşazadə(Əməkdar artist)
Təranə Atacan
Könül Cəfərzadə
Amid Qasım
Vüqar Hacı
Elgün Həmid

 

Log-line: Çoxları etiraf etməsə də, hər kəs ölməz olmağı arzulayır. Bunun yolu isə, nə qədər paradoksal səslənsə də, ölümdən keçir.


Plot-line: Pərilər və Kölgə Şamanı dilə tutaraq ölməzlik otunu axtarmağa, öz taleyini tapmağa sövq edirlər və bu səfərdə təkcə onu deyil, özü ilə apardığı övladlarını da sınaqlara çəkirlər.

Müəllif intensiyası: “Kitabi-Dədə Qorqud” dastanı uzun illər boyu xalqın “nəsihətnaməsi” kimi dəyərləndirilsə, yaranma tarixi islam dövrü ilə bağlansa da, bu ədəbi mənbəyə artıq arxetipik mətləbləri, sakral mənaları özündə ehtiva edən bəşəri mifoloji düşüncənin nümunəsi kimi yanaşmaq mümkündür. Və bu cür yanaşma teatr sənəti üçün son dərəcə produktivdir və yeni perspektivlər açmaq potensialına malikdir.

Xronometraj 75 dəqiqə


Qeyd: Tamaşanın ideya strukturunun tərtib edilməsində Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” dastanı haqqında araşdırmalarından və Cozef Kempbellin “Minsimalı qəhrəman” monoqrafiyasından istifadə edilmişdir.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !