MİRAS fəaliyyətini genişləndirəcək -

MİRAS fəaliyyətini genişləndirəcək

 

Dekabrın 6-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi növbəti Ümumi Yığıncağını keçirdi. Yığıncaqda Birliyin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli birlik üzvlərini salamlayaraq bildirdi ki, MİRAS mədəni irsin tədqiqi, mühafizəsi və təbliği istiqamətində fəaliyyətini genişləndirməyə çalışır və bütün üzvləri bu yöndəki işlərdə fəal olmağa dəvət edir.

MİRAS İB-nin sədr müavini Arzu Soltan qurumun 2011-ci ildə gördüyü işlər, həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər, seminarlar, sərgilər, konfranslar, turlar, xeyriyyə marafonları və s. haqqında birlik üzvləri qarşısında hesabatla çıxış etdi. Qeyd olundu ki, MİRAS İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən Ağsu tədqiqatları davam edir və bununla paralel olaraq görülən işlərin, aşkar olunan tapıntıların ictimaiyyətin nəzərinə çatdırılması üçün fəaliyyətlər həyata keçirilir. Təşkil olunan ən müxtəlif tədbirlərlə yanaşı, internet səhifələri, "Miras" elmi-kütləvi jurnalı, kitab-albomlar, bukletlər və digər nəşrlər, eləcə də sənədli filmlər bu fəaliyyətin tərkib hissəsi olmaqla mədəni irsin öyrənilməsinə xidmət edir. Daha sonra 2012-ci il üçün planlaşdırılan layihələr və görülməsi nəzərdə tutulan işlər müzakirə edildi. Yeni təklif və ideyalar səsləndirildi.

Bunun ardınca Ümumi Yığıncağa sədrlik edən Fariz Xəlillinin rəhbərliyilə iclasın gündəliyinə uyğun olaraq İdarə Heyətinin tərkibinə yenidən baxılması, yeni üzvlərin qəbulu, birliyin şöbələrindəki vəziyyətin müzakirəsi həyata keçirildi.

Sonda birliyin 2011-ci ildə həyata keçirdiyi "Arxeofoto" müsabiqəsinin qalibləri və Türkiyənin Amasiya şəhərində təşkil olunan "Ağsu möcüzəsi" sərgisinin iştirakçıları və fəalları diplomlar, sertifikatlar və təşəkkürnamələrlə təltif olundular.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !