Türkiyənin Samsun şəhərində "Nədən Xocalı" seminarı keçirilib - FOTO

Türkiyənin Samsun şəhərində "Nədən Xocalı" seminarı keçirilib FOTO

Fevralın 16-da Türkiyə Cümhuriyyətinin Samsun şəhərində Türk Ocağı Cəmiyyəti, Amasiya Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi, Balkan-Rumeli Türkləri Konfederasiyası və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Nədən Xocalı" seminarı keçirilib.
Seminarı Türk Ocaqları Cəmiyyəti adından Reha Oğuz Ertuğrul açaraq, Xocalı soyqırımının bütün Türk dünyasına edilən zorakılıq olduğunu qeyd edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli Xocalı soyqırımının səbəbləri, nəticələri və dərsləri haqqında məruzə edib. Türk dünyası gənclərinin üzərinə düşən əsas vəzifənin vətən torpaqlarını gəzərək, türkün ayaq izlərinin ardınca gedərək mədəni irsimizi öyrənmək, qorumaq və təbliğ etmək olduğu, yaddaşların təzələnməsinin vacibliyini qeyd edib.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyi, MİRAS İctimai Birliyi və Aktiv Media şirkətinin istehsalı olan "Xocalı vaxtı" sənədli filmi nümayiş olunub.
Balkan-Rumeli Türkləri Konfederasiyasının sədr müavini İzzet Altuntaş Orta Asiya, Qafqaz, Anadolu və Balkan türklərinin bir-birinin başına gələn hadisələri yaxından izləməsinin, Türk dünyasının Xocalı soyqırımına ədalət ideyası ətrafında birləşməsinin vacibliyini vurğulayıb. Türk Ocağı Cəmiyyəti İdarə heyətinin üzvü, Dos.Dr. Çağatay Tufan Xocalı soyqırımı haqqında tarixi məqamlara, eləcə də Xocalı və ətrafının mədəni irsinə xüsusi diqqət ayırdığı üçün məruzəçiyə minnətdarlıq edib.
Seminarda Türk Ocağı Cəmiyyətinin fəalları, On Doqquz Mayıs Universitetinin müəllim və tələbələri, Amasiya Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyinin üzvləri iştirak ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !