Xocalı soyqırımının XXIII ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTO (YENİLƏNDİ)

Xocalı soyqırımının XXIII ildönümünə həsr olunmuş tədbir keçirildi FOTO (YENİLƏNDİ)

 Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının XXIII ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və gənclərin iştirakı ilı toplanti keçirildi.

Tədbir açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndi.Xocalı soyqırımını əks etdirən video rolik tədbir iştirakçılarına göstərildi.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai siyasi əlaqələr şöbəsinin məsul işçisi Rahu Qurbanova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti Azər Babayev, şair Vaqif Nəcəfzadə, Qeyri Hökümət Təşkilatları, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, gənc bəstəkarlar, tələbələr, valideyn və müəllimlər iştirak etmişlər.

Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar.

Tədbirin sonunda orta məktəb şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazi müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırıldılar. I yerə Nizami rayonu 12 saylı orta məktəbin şagirdi Xanəliyeva Nərminə, II yerə Nərimanov rayonu 193 saylı orta məktəbin şagirdi Məmmədli Türkan, III yerə isə Səbail rayonu 7 saylı orta məktəbin şagirdi Əlizadə Firavan layiq görüldülər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edildi.

 

FOTO: İlqam Cəbiyev

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !