Azərbaycan Dövlət YUĞ Teatrında “Yad.Daş” tamaşası nümayiş olunub -

Azərbaycan Dövlət YUĞ Teatrında “Yad.Daş” tamaşası nümayiş olunub

25 fevral 2015-ci il tarixində, saat 18.00-da Azərbaycan Dövlət YUĞ Teatrında Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə Qarabağ müharibəsindən bəhs edən “Yad.Daş” tamaşası nümayiş olunub. Ülviyyə Heydərovanın ədəbi mətni əsasında hazırlanan tamaşa verbatim formasında təqdim olunub. Tərlan Ənginin quruluşunda səhnə həyatı qazanan tamaşada YUĞ Dövlət Teatrının aktyorları Amid Qasımov, ƏR-Toğrul Kamalov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər.
Tamaşa Xocalıda soyqırımının qurbanlarının əziz xatirəsinə həsr olunub.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı hücum edildi və orada genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Odur ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Xocalı soyqırımı təkcə Azərbaycan deyil, bəşər
tarixində törədilmiş ən qatı vəhşilik aktıdır, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
 
YAD.DAŞ.
simulyativ oyun

Quruluşçu rejissor Təlan Engin
Quruluşçu rəssam Umay Həsənova
Geyim üzrə rəssam Umay Həsənova
Musiqi tərtibatı Mələk Vəlizadə
Rejissor assistenti ƏR-Toğrul Kamalov

İFAÇILAR:

ƏR-Toğrul Kamalov
Elgün Həmidov
Amid Qasımov
Könül Cəfərzadə

Plot-line: Üç oğlan bir qız zirzəmidə ayılırlar. Ətrafdan atəş səsləri eşidilir. Bayıra çıxmamaq üçün hərəsi bir bəhanə uydururlar. Sonradan bu bəhanələr qarşılıqlı ittihamlara, münaqişələrə səbəb olur.

Log-line: İnsan həyatından dəyərli heç nə yoxdur.

Müəllif intensiyası: Qeyri-insani şəraitdə insan olmaq çox çətindir. Səbəbinin, bəhanəsinin nə olmasından asılı olmayaraq, müharibələr həmişə dəhşət gətirir. İstənilən müharibə yalnız müharibə edən tərəflərə yox, bütünlükdə bəşəriyyətə qarşı yönəlib. Müharibədə qalib tərəf olmur.

Ülviyyə Heydərovanın əsəri əsasında hazırlanmış tamaşada YUĞ Teatrının gənc sənətçiləri iştirak edir. Simulyativ oyunda sənədli teatrın bir növü olan verbatimin elementlərindən istifadə olunub.

Tamaşa 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımın qurbanlarının əziz xatirəsinə həsr olunur.