"Şəhidlərə kəfən lazım deyil" pyesi səhnələşdirilib - FOTO

"Şəhidlərə kəfən lazım deyil" pyesi səhnələşdirilib FOTO

Fevralın 24-də Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbdə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İdeal Zirvə Tədris Mərkəzinin təşkilatçılığı ilə Atamoğlan Məmmədlinin pyesi əsasında, gənc rejissor Röyal Cəbiyevin səhnələşdirdiyi "Şəhidlərə kəfən lazım deyil" tamaşası nümayiş etidirilib. Pyes Mübariz İbrahimovla əlaqəlidir. Özü də müharibə iştirakçısı olmuş müəllif tamaşada əsgərlərimizin döyüş ruhunu və şəhidlərin ölməzliyini aşılayır. Tamaşa 2 hissədən ibarətdir. Tamaşanın səs rejissoru Rövşanə Əliyevadır.
Tədbiri giriş sözü ilə 51 saylı məktəbin direktoru Lətafət Səmədova Xocalı haqqında təəssüratlarını bölüşüb, dünyada xocalıların haqq səsinin yayılması üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra pyesin müəllifi Prof.Dr. Atamoğlan Məmmədli çıxış edib, pyesin yazılması, Mübariz İbrahimovun qəhrəmanlığı haqqında məlumat verib və gələcəyimiz olan bütün gəncləri hər zaman vətənpərvərliyə səsləyib.
İdeal Zirvə Tədris Mərkəzinin rəhbəri Elşanə Şərifli gənclərə gələcək həyatlarında uğurlar arzulayıb və belə maraqlı bir tamaşada yer almalarından məmnunluğunu bildirib.
MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli Xocalı soyqırımının tanıdılması üçün "Xocalı vaxtı" filmi və 26fevral.az internet səhifələrindən bəhs edib.
Məktəblilər tamaşanı çox ürəklə və əzmlə ifa ediblər. Vüqar Məmişov (Mübariz İbrahimov), Kübra Gülməmmədova (Mübarizin anası), Hacıbaba Nağıyev (Mübarizin atası), Əli Gülməmmədov (Fərid Əhmədov), Mədinə Həsənova (köçkün qız), Fuad Hüseynov (qoca), Nuranə Muradova (jurnalist), Mehman Abbasov (növbətçi), Cavad Quliyev (kəşfiyyatçı), Bahadur Qüdrətov (əsgər), Ramiz Ağayev (əsgər), Dilşad Rəsulova (Aytən), Aysu Məmmədova, Aysel Məsimova, Könül Babayeva, Zəhra Mehdiyeva (xeyir və şər qüvvələr) rollarını məharətlə oynayıblar. Maraqlı keçən tamaşa iştirakçılar tərəfindən ayaqüstə alqışlanıb.
Tamaşanın gələcəkdə başqa səhnələrdə də nümayiş etdirilməsi nəzərdə tutulub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !